İlk baxışdan adi daş parçasını xatırladan abidə 1918-ci ilin mart ayının 31-də xalqımıza qarşı həyata keçirilən soyqırımı siyasətinə və sözügedən tarixdə dünyasını dəyişən həmvətənlərimizin xatirəsinə ucaldılıb.
SİA-nın bölgə müxbirinin verdiyi məlumata görə 1990-cı ilin ortalarında qoyulan abidə o dövürdən günümüzədək baxımsızlığın qurbanına çevirilib, diqqətdən kənarda qalıb. Abidə memarlvq baxımından belə uğurlu nümunə kimi qiymətləndirilə bilməz. Təxminən 4 icra başçısı bu vəziyyətin şahidi olub. Abidənin üzərindəki yazı lövhəsi sındırılıb, yerlə yeksan edilib. Əvəzində abidənin üzərini biabırçı internet sayatlarının adları "bəzəyir".
Dediklərimizi apardığımız sorğu da təsdiq etdi. Gəncə sakinləri 31 mart soyqrımı qurbanlarının xatirəsinə ucaldılan abidənin şəhərin hansı hissəsində olduğunu bilmədilər. Vətəndaşların maarifsiz olması və qan yaddaşımıza biganə münasibəti, məsuliyyəti ilk növbədə aidatı qurumların rəhbərlərinin üzərinə düşür. Deməli hələ də bəzi məmurlar yerində deyil. Ümid edək ki, artıq 15 ildən artıq yaşda olan bu abidə sözün həqiqi mənasında yeni görkəmə salınacaq və hər bir şəhər sakini də tarixi keçmişimizi yaşadan bu cür abidələrəin ən azından harada olmasını bilcək.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB