Pulunuzu cibinizə qaytaracaq qanun layihəsi necə tətbiq olunacaq?
2019-cu ilin yanvar ayının 1-dən etibarən Vergilər Məcəlləsinə edilən dəyişikliklərdən biri iaşə müəssisələrində ödənişlər zamanı tutulan Əlavə Dəyər Vergisinin (ƏDV) bir hissəsi (Nağdsız ödəmələr üzrə 15%, nağd ödənişlər üzrə isə 10%) müştəriyə geri qaytarılmasıdır. Bu məsələ ilə bağlı Vergilər Nazirliyinin məlumat mərkəzindən SİA-ya verilən məlumata görə, prosesin tətbiq olunma formasını Nazirlər Kabineti müəyyənləşdirəcək. Belə ki, prosesin gedişatı və əlavə dəyər vergisinin müştəriyə geri qaytarılma qaydaları Nazirlər Kabineti tərəfindən meyarlar müəyyənləşdirildikdən sonra ictimailəşəcək.
Bizdə olan məlumata əsasən, hazırda bu proseslə bağlı “Mall”larda elektron kassalar quraşdırılır. Müştəri istənilən məhsulu aldıqdan sonra ona mütləq şəkildə dövlət çeki verilməlidir. Həmin dövlət çeki vasitəsilə o, əlavə dəyər vergisinin qaytarılmasını həyata keçirə biləcək. Bu məbləğin nağdsız ödəmələr üzrə 15%, nağd ödənişlər üzrə isə 10% olması gözlənilir.
Qeyd edək ki, bu bir növ əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən Azərbaycan Respublikasının ərazisində alınmış istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallara görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması prinsipini yəni, “TaxFree” mexanizmasını xatırlatacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB