"İntellektual Klubların II Gənclər Kuboku” adlı intellektual yarış keçirilib

"İntellektual Klubların II Gənclər Kuboku” adlı intellektual yarış keçirilib

Azərbaycan Gəncləri Günü münasibəti ilə 01 fevral 2020-ci il tarixində Gənclər Fondunun təşkilatçılığı ilə Bakı Konqres Mərkəzində "İntellektual Klubların II Gənclər Kuboku"-nun final mərhələsinin açılış mərasimi keçirilib. Fonddan SİA-ya verilən məlumata görə, yanvar ayında start verilmiş turnirdə 58 rayon və şəhərdən ümumilikdə 300 komanda arasında yarış keçirilmiş və 70 komanda final mərhələsinə vəsiqə qazanıb.

Regional seçimlərdə ümumilikdə 2000-ə yaxın gənc iştirak edib. Final mərhələsi "Nə? Harada? Nə zaman?", "Breyn Rinq", "Erudit Kvartet" və "Kviz" oyunları əsasında keçiriləcəkdir.

Açılışda dövlət rəsmiləri, ali təhsil müəssisələrinin rəhbərləri və gənclər təşkilatlarının nümayəndələri iştirak edib. Çıxış edən rəsmilər Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin həyata keçirdiyi gənclər siyasətindən, o cümlədən gənclər üçün yaradılan şəraitdən, gənclərə olan xüsusi diqqət və qayğısından danışmış, gənclərin intellektual səviyyəsinin artırılması yönündə görülən işləri iştirakçıların diqqətinə çatdırıblar.

Turnirin qalibləri bu gün müəyyənləşəcək və bu barədə ictimaiyyətə ətraflı məlumat veriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə