AŞPA-nın "siyasi məhbus" hoqqabazlığı

AŞPA-nın "siyasi məhbus" hoqqabazlığı

Radikal müxalifət indi də bu hoqqabazlıqlarını seçki oyunbazlıqlarının gözünə qatmaq istəyir

Bu günlərdə Avropa Şurasının Parlament Assambleyasının Azərbaycanda mövcud olan "siyasi məhbus"ların məsələlərinə dair qətnaməsi hoqqabazlıqdan başqa bir şey deyil.

Leonid Slutski: "Azərbaycanda "siyasi məhbus"lar yoxdur"

Sözügedən məsələ ilə bağlı Rusiyanın AŞPA-dakı nümayəndə heyətinin üzvü, Dövlət Dumasının Beynəlxalq İşlər Komitəsinin başçısı Leonid Slutski isə bildirib ki, Azərbaycanda "siyasi məhbus"lar yoxdur. Siyasətçinin sözlərinə görə, Azərbaycanda "siyasi məhbus"ların məsələlərinə dair məruzə bu mövzuda indiyədək təqdim edilmiş sənədlərlə müqayisəyə gəlmir: "Azərbaycanda "siyasi məhbus"lar yoxdur. Biz dəfələrlə bunu bəyan etmişik və assambleyada, onun hüdudlarından kənarda bəyan edəcəyik. Lakin bununla belə, deməliyik ki, bu gün qəbul edilən qətnamə layihəsi Azərbaycan rəhbərliyinin və parlamentinin Avropa Şurası ilə əməkdaşlıq istiqamətində işini mahiyyət etibarilə müsbət qiymətləndirir. Azərbaycan Respublikasının nümayəndə heyətinin AŞPA ilə əməkdaşlığının və Azərbaycana dair müxtəlif növ keyslərin hazırlanmasının leytmotivi də mifik siyasi məhbuslar deyil, məhz budur".

Slutski "Azərbaycan nümayəndə heyətini gözəl işi münasibətilə" təbrik edərək, fikrini bu sözlərlə tamamlayıb: "Əminəm ki, ən yaxın gələcəkdə Azərbaycanın fəaliyyətinə dair hər hansı mənfi ştrix qalmayacaq".

Niyə AŞPA tərəfindən Dilqəm Əsgərov və Şahbaz Quliyevin girov saxlanılmaları barədə Ermənistana qarşı tələblər irəli sürülmür?

Azərbaycanla bağlı dəfələrlə qərəzli və reallığa söykənməyən qərarlar hazırlayan AŞPA, nədənsə, digər keçmiş sovet respublikaları, eləcə də, Qərbdə baş verən insan haqları pozuntularına qarşı hesabatlar hazırlamır. Halbuki Azərbaycanla qonşu olan və torpaqlarımızın 20 faizini hələ də işğal altında saxlayan Ermənistanda insan haqlarının pozulmasını, siyasi məhbusların mövcudluğunu sübut edən minlərlə faktlar mövcuddur.

Nədənsə, öz doğma yurd-yuvalarının həsrətini çəkdiklərinə görə işğal altında qalan Kəlbəcərə səfər edən, oradakı məzarlarını ziyarət edən, nəticədə, erməni separatçılarının girovuna çevrilən Dilqəm Əsgərov və Şahbaz Quliyev barədə erməni tərəfinə qarşı tələblər irəli sürülmür. Bu kimi reallıqlar AŞPA-nın səmimi qurum olması amilini, necə deyərlər, kölgədə qoymaqdadır.

Digər əsas məsələ, başqa ölkələri kənara qoyub, onların əməllərinə göz yummaq, hüquqda, beynəlxalq qanunvericilikdə olmayan "siyasi məhbus" terminini yalnız bir ölkəyə şamil etmək, digər ölkələrə gəldikdə isə, bu terminin yerinə "azadlıqdan məhrum olunmuş insanlar" ifadəsini işlətmək, məhz bu təşkilatın qeyri-ciddiliyini sərgiləməkdədir.

Bax, budur dağıdıcı düşərgə liderlərinin siması və simasızlığı. Azərbaycanın dövlətçilik maraqlarını valyutalara satan AXCP sədri Ə.Kərimli xəyanətkarın irli kuklası, "Milli Şura"nın sədri xəyanətkar nökəri Cəmil Həsənli, minsifət satqın Gültəkin Hacıbəyli, Müsavat başqanı Arif Hacılı və... bu kimi viruslar müstəqil, məqsədyönlü və qətiyyətli siyasət aparan Azərbaycan dövlətinin ardıcıl uğurları, dünyadakı mövqeyini möhkəmləndirməsindən narahat olur. Həmin qüvvələr isə bunun yolunu Azərbaycandakı cüzi problemləri süni şəkildə böyütmək, regionun digər dövlətlərində olan böyük problemləri isə cüzi məsələ kimi qələmə verməkdə görürlər.

Heç şübhəsiz ki, böhtan ayaq tutsa da, yerimir və "ağ"ları "qara"larla ləkələmək mümkün deyildir. Öz "qara"sı ilə cəmiyyətə bulaşdırmağa çalışan bu adamların susdurulması üçün də elə son sözü xalq deyəcək. Necə ki, vaxtilə AXC-Müsavat cütlüyü iqtidarda olarkən torpaqlarımızı ermənilərə peşkəş verdiklərinə, dövlət büdcəsini məhv etdiklərinə və ölkədə xaos yaratdıqlarına görə xalq bu adamları süpürüb zibiliyyə atdı. Görünən budur ki, bunların yenidən "süpürülüb" zibilliyə atılmağa ehtiyacları var. Çünki son illərdə xarici təxribatçı, ermənipərəst dairələrin dəstəyi ilə müəyyən qədər "qol-qanad" açıblar.

AŞPA "siyasi məhbus" oyununu elə özü kimlər oynayacaq...

Bəli, AŞPA-nın Azərbaycana qarşı qərəzi nə birinci, nə də sonuncudur. Çünki heç bir Avropa dövlətinin cinayət məcəlləsində "siyasi məhbus" anlayışı olmayıb və hazırda da yoxdur. Belə ki, bu anlayış beynəlxalq sənədlərə, Konvensiyalara salınmayıb. Ona görə də bəzi beynəlxalq təşkilatların, eləcə də, Avropa Şurasının üzvü olan hər hansı bir ölkənin "siyasi məhbus" adı altında Azərbaycanda layihə həyata keçirmək niyyətinin saf məqsəd daşımadığı bəri başdan aydındır. Nəticə olaraq isə, bu cür addımlar Azərbaycanın daxili işlərinə müdaxilə və ölkədə ictimai-siyasi sabitliyin pozulmasına istiqamətlənmiş əsassız və qərəzli addım kimi qiymətləndirilə bilər. Söz yox ki, belə davam edərsə, Azərbaycan dövləti də kəskin və həqiqətlərə söykənən reallıqlardan çıxış edərək, əslində, Avropa ölkələrində, eyni zamanda, Qərbdə baş verən kütləvi hüquq pozuntularını ifşa edə bilər. Belə faktlar isə kifayət qədərdir. Bir də Azərbaycanla bağlı dəfələrlə qərəzli və reallığa söykənməyən hesabatlar hazırlayan AŞPA nə səbəbdən digər keçmiş sovet respublikaları, eləcə də, Qərbdə baş verən insan haqları pozuntularına qarşı hesabatlar hazırlamır. Halbuki torpaqlarımızın 20 faizini hələ də işğal altında saxlayan Ermənistanda insan haqlarının pozulmasını, siyasi məhbusların mövcudluğunu sübut edən minlərlə faktlar mövcuddur. Bu kimi reallıqlar AŞPA-nın səmimi qurum olması amilini, necə deyərlər, kölgədə qoymaqdadır.

Eyni zamanda, heç kimə sirr deyil ki, Ermənistanın hakimiyyət dairələri və dünyanın bir sıra ölkələrindəki erməni diaspor təşkilatları illərdir maliyyə imkanlarını işə salaraq, AŞPA-da bir sıra deputatları, habelə, Avropa İttifaqı müxtəlif ölkələrində jurnalistləri, siyasətçiləri və ictimai xadimləri satın alaraq Azərbaycana qarşı kampaniya aparırlar. Bu kampaniyanın ideloqu da elə Corc Sorosdur. AŞPA üzvü, ukraynalı deputat Vladimir Ariyevin başına gələnlər deyilənləri təsdiq edən sübütdur. Ariyev özünün «FACEBOOK» səhifəsində açıq-aydın yazır ki, son illər Avropa Şurasının Parlament Assambleyası yalan və iftiralar məkanına çevrilir: "Burada deputatları satın almaq istəyirlər. Ermənistandan olan deputatlar Samvel Farmanyan, Naira Karapetyan və Naira Zohrabyan mənə Azərabycana qarşı çıxışlar edərək, sənədləri imzalamağın müqabilində pul təklif etdilər. Daha sonra mənə təklif olundu ki, Dağlıq Qarabağın Ermənistan tərəfindən işğal oluması faktını danım, pul alım. Mənə 3 butulka erməni konyakı təklif etdilər".

Artıq əlavə izaha ehtiyac yoxdur. AŞPA-nın son qətnaməsi sübüt etdi ki, erməni lobbisinin bir sıra təşkilatları və onların Soros kimi havadarları Azərbaycana qarşı yeni ittihamların, ölkəmizin insan haqları, söz və dini azadlıqların pozulmasına yönəlmiş iddiaların sayının maksimuma çatdırılmasına çalışırlar və dinc dayanmaq fikirləri yoxdur. Amma bir məqamı unudurlar. Bu ləkə bu dövlətə yapışmayacaq. Azərbaycanla əmr dilində danışmaq mümkün deyil. Azərbaycan Ermənistan kimi kiminsə forpostu da deyil. Bir də Avropa Şurasından bundan artıq heç nə gözləmək olmaz.

Rəfiqə HÜSEYNOVA

Bütün xəbərlər Facebook səhifəmizdə