Polis əməkdaşı metro stansiyasında tapdığı pulu sahibinə qaytardı

Polis əməkdaşı metro stansiyasında tapdığı pulu sahibinə qaytardı

Polis serjantı Namiq Nəsibov yanvarın 30-da metronun “28 May” stansiyasında xidmət apararkən 2139 manat məbləğində pul tapması barədə Metropolitendə Polis Şöbəsinin rəhbərliyinə məlumat verib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən SİA-ya bildiriblər ki, həmin gün axşam saatlarında metroda pulunun itməsi ilə bağlı polisə müraciət edən İlahə Sadıqova şöbəyə dəvət edilib.

O, metronun “28 May” stansiyasının çıxışındakı “Bakıkart” aparatının yanında 2139 manat məbləğində pulunu unutduğunu deyib. İtirdiyi pulun polis əməkdaşları tərəfindən tapılmasına görə sevindiyini bildirən İ.Sadıqova asayiş keşikçilərinə təşəkkürünü bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə