Türkiyə və Azərbaycan vətəndaşlarını Çinin Uhan şəhərindən təxliyə edən Türkiyə Hərbi Hava Qüvvələrinin A400M yük təyyarəsi Uhan şəhərindən havaya qalxıb. SİA-nın Türkiyə KİV-lərinə istinadən verdiyi məlumata görə, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyindən bildiriblər.
Məlumatda qeyd edilir ki, Səhiyyə Nazirliyinin əməkdaşlarının nəzarəti altında Türkiyə və dost ölkələrin vətəndaşları təyyarəyə qəbul edilib.
Qeyd edək ki, Təxliyə Türkiyənin Səhiyyə Nazirliyinin planlaşdırdığı əməliyyat çərçivəsində aparılır. Təxliyə olunanlar Türkiyədə 14 gün müddətində karantində olacaqlar. Türkiyə Prezidenti Rəcəb Tayib Ərdoğan iki gün öncə Türkiyə və Azərbaycan vətəndaşlarının Çindən təxliyə ediləcəyini bildirmişdi. “Səhiyyə naziri bildirib ki, bizdə hələ heç bir təhlükə yoxdur. Lakin Çində Azərbaycan vətəndaşları var. Onlar qayıtmaq istəyirlər. Tədbirlər görün və bizim azərbaycanlı qardaşlarımızın istəyini nəzərə alın. Onları Türkiyəyə gətirək”, - deyə Ərdoğan qeyd etmişdi.
Xatırladaq ki, Çində ötən ilin dekabrından 2019-nCoV koronavirusu yayılmağa başlayıb. Çində yeni növ koronavirusdan ölənlərin sayı 259 nəfərə, yoluxanların sayı ilə 9 692 nəfərə çatıb.
Çindən əlavə yoluxma halları Tailand, Yaponiya, Cənubi Koreya, ABŞ, Kanada, Vyetnam, Sinqapur, Nepal, Fransa, Avstraliya, Malayziya, Finlandiya, Rusiya və Almaniyada da qeydə alınıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB