“İRƏLİ” İctimai Birliyinin İnformasiya Texnologiyaları Mərkəzi genocide.az saytının və 31 mart.wordpress.com bloqunun təqdimat mərasimini keçirib

“İRƏLİ” İctimai Birliyinin İnformasiya Texnologiyaları Mərkəzi genocide.az saytının və 31 mart.wordpress.com bloqunun təqdimat mərasimini keçirib
Bu gün "İRƏLİ" İctimai Birliyinin İnformasiya Texnologiyaları Mərkəzində 31 Mart - Azərbaycanlıların Soyqırımının 93-cü ildönümünə həsr olunmuş genocide.az saytı və 31 mart.wordpress.com bloqunun yenilənmiş versiyasının təqdimat mərasimi keçirilib.

SİA-nın xəbərinə görə, tədbiri giriş sözü ilə açan "İRƏLİ" İctimai Birliyinin İnformasiya Texnologiyaları Mərkəzinin baş katibi Rauf Mardiyev bildirib ki, biz bu günü 31 Mart Soyqırımı Günü kimi qeyd edirik. R.Mardiyevin fikrincə, erməni faşistləri 1918-ci il martın 31-də azərbaycanlılara qarşı zorakılıq göstərərək onları öz ata-baba yurdlarından didərgin salıblar.

Baş katibin dediyinə görə, biz davamlı olaraq bu kimi tədbirlər keçirməklə ermənilərin Azərbaycan xalqına qarşı törətdikləri cinayətlərin ortaya çıxmasına nail ola bilərik. R.Mardiyev əlavə edib ki, saytı yaratmaqda əsas məqsədimiz erməni faşistlərinin vəhşiliklərini bütün dünyanın diqqətinə çatdırmaqdır. Ümüd edirik ki, bu sayt 31 Mart Soyqırımını xarici ölkələrdə tanıtmağımıza kömək edəcəkdir.

Qeyd edək ki, tədbirə gələn qonaqlar sayt haqqında öz fikirlərini bölüşüblər.

Bütün xəbərlər Facebook səhifəmizdə