Yanvarın 31-də AMEA Milli Azərbaycan Tarixi Muzeyində YAP “Azərbaycan Tarixçiləri” ilk ərazi təşkilatının təşəbbüsü ilə 2 Fevral - Azərbaycan gəncləri gününə həsr olunmuş “Könüllülük - Vətənə Xidmətdir” adlı tədbir keçirilib.
SİA-nın xəbərinə görə, dövlət himninin səsləndirilməsi ilə açılan tədbirdə çıxış edən muzeyin YAP “Azərbaycan tarixçiləri” ilk ərazi təşkilatının sədri Pərvanə Əzimova Azərbaycan Respublikasında 2020-ci ilin “Könüllülər ili” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamını iştirakçıların diqqətinə çatdırıb və son illərdə respublikamızda qazanılan nailiyyətlər, gənclərin müxtəlif sahələrdə olan uğurlarından bəhs edib.
Tədbirin rəsmi hissəsində çıxış edən muzeyin Arxeologiya elmi fond şöbəsinin müdiri, t.ü.f.d., dosent Nasir Quluzadə “2020-ci il – könüllülər ilidir”, “Elmi-kütləvi iş və təhsil” şöbəsinin böyük elmi işçisi, t.ü.f.d. Əli Fərhadov “Azərbaycanda gənclər siyasətinə tarixi baxış”, muzeyin “Numizmatika və epiqrafika elmi fond şöbəsinin böyük elmi işçisi t.ü.f.d. Aygün Məmmədova “Vətən tariximizin təbliğində numizmatik materialların əhəmiyyəti”, AMEA Milli Azərbaycan Tarixi Muzeyinin “Etnoqrafiya” fondunun müdiri t.ü.f.d. Sevinc Nəsirova “Azərbaycan gəncliyi, bu günümüz, sabahımız”, Muzeyinin "Numizmatika və epiqrafika" elmi fond şöbəsinin elmi işçisi Şəfa Mövsümov "Hərbi vətənpərvərliyin təbliğində könüllülüyün əhəmiyyəti", muzeyin “Elmi–kütləvi iş və təhsil” şöbəsinin mütəxəssisi Qənirə Qafarlı “Azərbaycan gəncliyinin həyatında Leyla Əliyeva fenomeni”, muzeyin əməkdaşı Gülnar Fərhadova “Azərbaycan Gənclər Fondunun gənclərə dəstəyinə baxış” adlı məruzələrini təqdim ediblər.
Milli Aviasiya Akademiyasının III kurs tələbəsi Azər Şükürov və İqtisad Universitetinin III kurs tələbəsi Vüqar Babaşlı könüllülük sahəsində göstərdikləri fəaliyyət, gənclərin dövlət siyasətində olan önəmi barədə bəhs ediblər.
Tədbirin bədii hissəsində çıxış edən Azərbaycan Uşaq və Gənclərin Sülh Şəbəkəsinin üzvləri Selcan Qarayeva “Azərbaycana gəlsin!” şeiri (söz: Süleyman Rüstəm) və Sərdar Dəmirov “Azərbaycanı sevin” şeiri (söz: Cabir Novruz) və “Bakılıyam mən” nəğməsini (musiqisi: Tofiq Quliyev) ifa ediblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB