Fevralın 3-dən Bakı-Pirşağı-Bakı elektrik qatarları yeni cədvəl üzrə hərəkət edəcək. “Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat katibliyindən SİA-ya bildirilib ki, sərnişindaşımaya artan tələbatı təmin etmək məqsədilə həmin istiqamətdə hərəkət edən qatarların sayı artırılacaq. Bir istiqamətdə 15 qatar olmaqla, hərəkət qrafikində dəyişiklik ediləcək. Hazırda isə gün ərzində bir istiqamətdə cəmi 8 qatar hərəkətdədir.
Yeni cədvəl barədə ətraflı məlumat almaq üçün “https://ady.az/az/news/read/1680/43” linkindən istifadə edə bilərsiniz.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB