"Avropa Azərbaycandan örnək götürməlidir" - AÇIQLAMA

"Avropa Azərbaycandan örnək götürməlidir" - AÇIQLAMA

Azərbaycan Mətbuat Şurasının icraçı katibi, hüquqşünas Şəmsəddin Əliyev yanvarın 28-də AŞPA-nın qış sessiyasında britaniyalı deputat Corc Fulkes tərəfindən qəbul edilən “Avropada media azadlığına və jurnalistlərin təhlükəsizliyinə təhdidlər” adlı qətnamədə Azərbaycan mətbuatı ilə bağlı səslənləndirilən fikirlərə münasibət bildirib.

O deyib ki, Azərbaycanı Avropa ölkələri ilə müqayisə etmək fikri yoxdur və bu gün statistik rəqəmlərə də baxsaq, Fransada, Almaniyada və digər Avropa ölkələrində və Rusiyanın özündə nə qədər jurnalist ölümü faktlarının qeydə alındığını görərik.

Həmçinin Ş.Əliyev əlavə edib ki, elə ABŞ-ın özündə də məqsədli şəkildə jurnalist ölümlərinə gətirib çıxaran hallar olur, hansı ki, vaxtı ilə həmin jurnalistlər hakimiyyət üçün problem yaradıblar. İcraçı katib Azərbaycanda məlumat azadlığı, söz və ifadə azadlığı, yaradıcılıq azadlığı üçün kifayət qədər geniş meydan yaradıldığını vurğulayıb:

“Qeyri-rəsmi statistik məlumatlara əsasən Azərbaycanda 4 minə yaxın elektron xəbər portal mövcuddur və bu portallarda hər gün çoxlu sayda məlumat əks olunur. Bunlardan bəziləri dəqiqləşdirilməmiş halda sayta yerləşdirilir, onlara dəyişiklik edilmir, məlumat səhv olduğu halda təkzib belə edilmir və uzun müddət saytda qalır. Gördüyünüz kimi burda hər hansı bir senzuradan söhbət gedə bilməz. Əksinə bu halda Azərbaycanda mətbuat üçün yaradılmış imkanlar Avropa ölkələri üçün örnək olmalıdır. Azərbaycanda kifayət qədər KİV mövcuddur ki, onlara xüsusi nəzarət edən heç bir orqan yoxdur. Onlar tam sərbəst şəkildə fəaliyyət göstərirlər. Təbii ki, bəzi məlumatları yaymaq olmaz. Hansı ki, bura dövlət sirri, hərbi sirr, istintaqın və məhkəmə prossesinin gedişatına xələl gətirə biləcək və s. bu kimi məlumatlar daxildir. Jurnlistlər xüsusilə bunlara diqqət etməlidirlər”.

Müəllif: Nigar Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə