Şabranda "Gələcək gəncliyindir" adlı tədbir keçirilib

Şabranda "Gələcək gəncliyindir" adlı tədbir keçirilib

Dünən Şabran rayon Heydər Əliyev Mərkəzində rayon Gənclər və İdman İdarəsinin təşəbbüsü ilə “02 Fevral - Azərbaycan Gəncləri günü” münasibəti ilə rayon gənclərinin iştirakı ilə "Gələcək gəncliyindir" başlığı altında tədbir keçirilib.

SİA xəbər verir ki, tədbirdə Şabran Rayon İcra Hakimiyyətinin başçısının İctimai-siyasi və humanitar məsələlər üzrə müavini Fikrət Nuşiyev, rayon Gənclər və İdman İdarəsinin rəisi Süleyman Əliməmmədov, rayonun ictimai-siyasi və mədəni həyatında fəallığı ilə seçilən gənclər, həmçinin rayon ictimaiyyəti nümayəndələri iştirak ediblər. Tədbirdə ümumilikdə 60 nəfər gənc iştirak edib.

Tədbiri giriş sözü ilə açan Gənclər və İdman idarəsinin rəisi S.Əliməmmədov, tədbirdə iştirak edən gəncləri 2 fevral gənclər günü münasibəti ilə təbrik edərək, əlamətdar gün barədə ətraflı məlumat verib və bildirib ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan dövlət gənclər siyasəti bu gün ölkə prezidenti cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirilir. İdarə rəisi, daha sonra 2019-cu il ərzində görülən işlər və əldə olunan nailiyyətlər barədə rayon ictimaiyyətinə məlumat verib.

Tədbirdə Şabran Rayon İcra Hakimiyyətinin başçısının İctimai-siyasi və humanitar məsələlər üzrə müavini F.Nuşiyev çıxış edərək, gəncləri əlamətdar gün münasibətilə təbrik edib. Natiq, gənclərin respublikanın və eləcə də rayonun ictimai-siyasi, iqtisadi və mədəni həyatında fəal iştirakı, sosial problemlərinin həlli və hüquqlarının müdafiəsinin təmin edilməsi, gənc istedadlara dövlət qayğısının artırılması, elm, təhsil, iqtisadiyyat, mədəniyyət, dövlət idarəçiliyi və digər sahələrdə gənclərin irəli çəkilməsi və xidmətlərinin qiymətləndirilməsi istiqamətində ardıcıl tədbirlərin görüldüyünü nəzərə çatdırıb.

Tədbir Daha sonra rayonun ictimai-siyasi həyatında fəal iştirak edən gənclərin çıxışları ilə davam etdiriLİB. Tədbirin sonunda müxtəlif sahələrdə uğurlar qazanmış bir qrup gənc fəxri-fərmanlar və qiymətli hədiyyələrlə mükafatlandırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə