Azərbaycan Səfirliyi: "Çində ciddi tədbirlər görülür"

Azərbaycan Səfirliyi: "Çində ciddi tədbirlər görülür"

Çində yayılan koronavirusla bağlı situasiyadan əziyyət çəkən azərbaycanlıların vəziyyəti haqda Azərbaycan Respublikasının Çin Xalq Respublikasındakı Səfirliyinə müraciət olunub. Səfirliyinin Katibliyindən SİA-ya verilən məlumatda deyilir ki, bu məsələ ilə əlaqədar olaraq Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Mətbuat Xidmətinə bütün məlumatlar ən təcili şəkildə və operativ olaraq bildirilib.

Səfirliyin Katibliyindən verilən məlumata əsasən, hazırda koronovirusla bağlı Çində ciddi tədbirlər görülür. “İnanırıq ki, Çin höküməti tərəfindən görülmüş ciddi tədbirlər nəticəsində bu problem tezliklə öz həllini tapacaqdır”.

Bütün xəbərlər Facebook səhifəmizdə