Çinin Uhan şəhərindəki koronavirusla bağlı karantində olan türk vətəndaşlarını ölkəyə təxliyə edəcək A400M hərbi təyyarəsi artıq hazır vəziyyətdədir. Yüksək təhcizatlı tibbi təyyarə kimi təşkil olunmuş Türk Hava Qüvvələrinə məxsus təyyarə ölkənin Kayseri vilayətinin Etimesgut Hərbi Hava limanına eniş edib.
Türkiyənin Səhiyyə Nazirliyinin planına əsasən təyyarə tibbi personal və avadanlıqlarla birgə Çinə uçuş həyata keçirəcək.
Qeyd edək ki, ötən gün Türkiyə başçısı Rəcəb Tayyib Ərdoğan çıxış edərkən təxliyə prosesində karantində olan Azərbaycan vətəndaşlarını da nəzərə almağa çağırış edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB