31 Mart Azərbaycanlıların soyqırımı Daşkəsəndə dərin hüznlə anılıb
Azərbaycanlıların soyqırımı Daşkəsən rayonunda dərin hüzn və kədərlə anılıb. Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev ümumrayon toplantısını açıq elan edərək, müxtəlif tarixi məqamlarda erməni terroruna və təcavuzünə məruz qalan, soyqırımda həlak olan bütün azərbaycanlıların xatirəsini bir dəqiqəlik sükutla yad edib.
Natiq dərin məzmunlu nitqinə davam edərək bildirib ki, iki əsrdən çoxdur ki, xarici havadlarının güc və təziyiqi ilə ermənilər Azərbaycan torpaqlarına təcavüz edir, türk dünyasının əleyhinə müxtəlif yollarla ideoloji mübarizə apaprırlar.Bütün tarixi məqamalrda onlar özlərinə "Böyük Ermənistan" yaratmaq xülyası ilə yaşamış, bu məqsəd uğrunda daim çalışmışlar.İki əsrdən çoxdur ki, ermənilər azərbaycanlılara və türklərə amansız rəftarı,qəddarlığı ilə Rusiyanın vasitəşiliyi sayəsində bir erməni xofu yaratmışdır. Türk ailələrində qərinələr boyu analar uşaqlarının nadincliyinin qarşısını almaq üçün "səs salma, erməni gələr" deyə evdə sakitlik yaradıblar. Tarix boyu onlar azərbaycanlılara, türklərə qarşı soyqırım törətmiş, sonra üzünü dünya dövlətlərinə tutaraq haray salmışlar ki, bizi türklər dinc yaşamağa qoymurlar. Bu ağlaşmadan, yalvarışdan sonra onlar yenə də irəli düşmüşlər. Ya ərazilərini genişləndirmiş, ya da kimlərdənsə yardım almışlar.
Tarixi faktlar da deyilənləri bir daha təsdiq edir.1724-cü ilin oktyabr ayında I Pyotr ölümündən bir neçə ay əvvəl imzaladığı fərmanda qeyd edirdi ki, gələcəkdə Rusiyanın işğal etdiyi ərazilərdə, xüsusilə Türkiyə və Azərbaycanda ermənilərin məskunlaşmasına icazə verilir. 1783-cü ilin may ayının 19-da Rus çariçası II Yekaterina öz məmuru qraf Potyomkinə ünvanlıdığı məktubda yazırdı: "Fürsət düşən kimi Qafqazda hakimiyyəti ermənilərə verəcək və bunların əli Asiyada xristian dövləti yaradacağımız barədə erməni məliklərinə göstəriş vermişəm".
Çar I Aleksandrın general Sisiyanova göndərdiyi teleqramların birində deyilir: "Ermənilər nəyin bahasına olursa-olsun Azərbaycan xanlıqlarının ələ keçirilməsində istifadə olunmalıdır".
Bu cür tarixi faktlar və sübutlar yola saldığımız son iki əsrdə yüzlərlədir. İki yüz ildən bəri torpaq və dənizdən-dənizə "Böyük Ermənistan" yaratmaq xəstəliyinə tutulan ermənilər ötən vaxt ərzində 2 milyon yarım türkü,azərbaycanlını və digər az saylı xalqları son dərəcə amansızlıqla, insanlığa yaraşmayan cinayətlə öldürmüş, soyqırım törətmişdir. Bu soyqırımı Türkiyənin bir sıra vilayətlərində, Azərbaycanın Bakı, Şamaxı, Quba, Göyçay qəzalarında, Qarabağda, Naxçıvanda, Zəngəzurda, Lənkəranda və digər iri yaşayış məntəqələrində xüsusi qəddarlıqla həyata keçirmişlər. Ermənilər burada kəndləri yandırmış, dağıtmış, mədəniyyət abidələrimizi məhv etmişlər. Məşədi Əzizbəyov Şamaxı soyqırımını gözləri ilə görüb Nəriman Nərimanova təsvir edərkən uşaq kimi göz yaşlarını saxlaya bilməmişdir.
Hər birimiz bu tarixi həqiqəti qəlbimizdə yaşatmalıyıq ki, azərbaycanlılar Türkmənçay sülh müqaviləsindən bəri 6 dəfə ermənilər tərəfindən soyqırıma məruz qalmışlar. 1828-1832-ci illər, 1877-1878-ci illər, 1905-1907-ci illər, 1918-1920-ci illər, 1948-1953-cü illər, 1988-1992-ci illər - bu qanlı tarixi illəri xatırladıqca hər birimiz ürək ağrısı keçiririk.
Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev nitqinə davam edərək əlavə edib ki, əsrlərdən bəri xalqımızın başına gətirilən faciələrə, soyqırımına əbədiyaşar ulu öndərimiz Heydər Əliyev siyasi qiymət verərək 31 Mart Azərbaycanlıların soyqırımı günü kimi qeyd edilməsi barədə 26 mart 1998-ci ildə fərman imzalayıb. Həmin fərmanın tələblərinə uyğun olaraq rayonumuzun idarə, müəssisə və təşkilatlaırnda, ümumtəhsil məktəblərində azərbaycanlıların soyqırımı dərin hüzn və kədərlə qeyd edilib.
Qoy hər bir Azərbaycan övladı Ana vətənə, millətə sədaqət andı içəndə üzünü müstəqil Azərbaycanın xilaskarı Heydər Əliyevə tutsun. Vətəni, xalqı, torpağı sevməkdə məhz onun şəxsi nümunəsindən öyrənsin. Heydər Əliyev ideyalarının həyata keçirilməsində Prezident İlham Əliyevin ən yaxın əqidə daşıyıcıları olsun. Biz inanırıq ki, Prezident mürəkkəb beynəlxalq şəraitdə siyasi uzaqgörənlik, ustalıq nümayiş etdirərək millətimizi və xalqımızı qoruyacaq, aparılan ideoloji mübarizədə qəddar ermənilərə və onların dəyirmanına su tökən daxili düşmənlərə qalib gələcəkdir.
Rayon İcra Hakimiyyətinin başçısının nitqindən sonra A.Mürsəlov adına 2 saylı tam orta məktəbin müəllimi Duman Mahmudova, 1948-1953-cü illərdə Ermənistan Respublikasından deportasiya olunmuş, soyqırımın canlı tarixi şahidi Allahyar Rüstəmov, Yuxarı Daşkəsən qəsəbə tam orta məktəbin tarix müəllimi Arif Abdullayev ümumrayon toplantısında çıxış edib, məlum soyqırımı ilə bağlı faktlara söykənən fikirlərini söyləyiblər.
Çıxış edənlər bu hadisələrin bir daha təkrarlanmaması üçün hamını milli birliyə, vətənin ərazi bötüvlüyünün qorunması naminə vətəndaş həmrəyliyinə çağırıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB