Respublika ərazisində qanunsuz ov hallarına qarşı mübarizə davam etdirilir
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən 1yanvar -27 mart 2011-ci il tarixlərində ölkə ərazisində "Ovçuluq haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinə əməl olunması vəziyyətini yoxlamaq məqsədilə reydlər keçirilib.
Keçmiş reydlər zamanı Zaqatala rayon ərazisində qanunsuz ovla məşğul olan 7 nəfər (7 ov silahı və 9 patron), Baləkən rayon ərazisində 4 nəfər (4 ov silahı və 8 patron), Qazax rayon ərazisində 1 nəfər (1 ov silahı və 1 patron), Oğuz rayon ərazisində 2 nəfər ( 2ov silahı və 2 patron), İsmayıllı rayon ərazisində 12 nəfər (12 ov silahı və 23 patron), Ağsu rayon ərazisində 3 nəfər (3 ov silahı və 5 patron), Şamaxı rayon ərazisində 1 nəfər (1 ov silahı 2 patron), Şabran rayon ərazisndə 6 nəfər (6 ov silahı və 38 patron), Siyəzən rayon ərazində 1 nəfər ( 1 ov silahı və 4 patron), Xızı rayon ərazində 1 nəfər ( 1 ov silahı və 1 patron), Xçmaz rayon ərazisində 1 nəfər (1 ov silahı və 4 patron), Qusar rayon ərazisində 5 nəfər ( 5 ov silahı və 22 patron), Göygöl rayon ərazisində 1 nəfər (1 ov silahı və 2 patron), Salyon rayon ərazisində 1 nəfər (1 ov silahı və 2 patron), Kürdəmir rayon ərazisində 1nəfər (1 ov silahı və 1 patron), Bərdə rayon ərazisində 1 nəfər (1 ov silahı və 1 patron), Yevlax rayon ərazisində 1 nəfər (1 ov silahı), Goranboy rayon ərazisində 1 nəfər (1 ov silahı və 1 patron), Astara rayon ərazisində 4 nəfər (4 ov silahı və 8 patron) saxlanılmış və həmin şəxslərin hər biri inzibati qaydada cərimə olunub.
Ümumilikdə, 1 yanvar -27 mart 2011-ci il tarixlərində keçirilən reydlər zamanı 59 nəfər qanun pozucusundan 54 ov silahı, 134 patron götürülmüş və həmin şəxslərə 43 min manat məbləğində cərimə tətbiq olunub.
Bundan başqa, aidiyyəti qurumların əməkdaşlarının respublika ərazisində fəaliyyət göstərən ictimai iaşə obyektlərində, bazarlarda və həmçinin, yol kənarlarında keçirtdikləri reydlər zamanı Bakı şəhərində yerləşən "Top Qapısı", "Cənnət Gəncə", "Şəki"restoranlarında, Kürdəmir rayonu dəmir yol stansiyasının yaxınlığındakı kafedə, Biləsuvar rayonu Xıllı kəndi və Hacıqabul rayonu Padar kəndlərinin yol kənarlarında qanunsuz ovlanmış çöl quşlarının satışı faktları aşkar edilib. Faktlarla bağlı qanuna müvafiq qaydada akt və protokol tərtib edilmiş, qanun pozucuları inzibati qaydada cərimə olunmuş, götürülmüş ov quşları isə yandırılaraq məhv edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB