Əlcəzairin Azərbaycana yeni təyin olunmuş səfiri ilə görüş keçirilib

Əlcəzairin Azərbaycana yeni təyin olunmuş səfiri ilə görüş keçirilib

30 yanvar 2020-ci il tarixində Ekologiya və Təbii Sərvətlər Nazirliyində Əlcəzair Xalq Demokratik Respublikasının Azərbaycana yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri xanım Salima Abdelhak ilə görüş keçirilib. Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, görüşdə Azərbaycan və Əlcəzair arasında ətraf mühitin mühafizəsi sahəsində fikir mübadiləsi aparılıb və gələcək əməkdaşlığın perspektivləri müzakirə edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə