Bakıdan Moskvaya uçan təyyarə Heydər Əliyev Beynəlxalq Aeroportuna məcburi eniş edib

Bakıdan Moskvaya yerli vaxtla 20:31-də yola düşən “Azərbaycan Hava Yolları” QSC-nin “J2-854” nömrəli reysinin kapitanı təyyarənin quş dəstəsi ilə toqquşmasından sonra Heydər Əliyev Beynəlxalq Aeroportuna enmək qərarı verib.

SİA QSC-yə istinadən bildirir ki, Bakı vaxtı ilə 20:56-da təyyarə Bakının hava limanına uğurla enib.

Sərnişinlər Moskvaya başqa bir təyyarə ilə uçacaqlar.

Bütün xəbərlər Facebook səhifəmizdə