Bakı Limanında sanitar nəzarət gücləndirilib

“Koronavirus - 2019-nCoV” virusunun Çində yayılması ilə əlaqədar Bakı Limanında sanitar nəzarət gücləndirilib.

Limandan AZƏRTAC-a bildirilib ki, sərnişinlərin və yüklərin daxilolma məntəqəsində Bakı Limanı və Dövlət Gömrük Komitəsi tərəfindən zəruri profilaktik tədbirlər görülür. Limana daxil olan sərnişinlər və yüklər xüsusi stasionar və mobil avadanlıq vasitəsilə yoxlanılır və daha sonra əraziyə buraxılışlarına icazə verilir. Əlavə olaraq liman ərazisində daimi olaraq təcili tibbi yardım avtomobili fəaliyyət göstərir.

Bütün xəbərlər Facebook səhifəmizdə