Kənd təsərrüfatında aparılan islahatlar nələr vəd edir?

Prezident İlham Əliyev: "Biz, ilk növbədə, çalışırdıq ki, ərzaq təhlükəsizliyimizi təmin edək. Bunu da demək olar ki, maksimum dərəcədə təmin edə bilmişik"

Son illər Azərbaycan yeni inkişaf mərhələsinə qədəm qoyub desək, yanılmarıq. Qeyri-neft sektorunda mühüm istiqamətlərdən olan kənd təsərrüfatının inkişafının prioritet hesab edildiyi respublikamızda, ötən müddət ərzində, görülən işlər və həyata keçirilən islahatlar öz məntiqi nəticəsini verməkdədir. Bunu isə şərtləndirən əsas amillərdən biri hər region üzrə spesifik olan sahələrin müəyyənləşdirilməsi və həmin sahələrin inkişafına diqqətin artırılmasıdır.

Artıq ənənəvi hal alan ölkə Prezident İlham Əliyevin regionlara səfərləri zamanı keçirdiyi müşavirələrdə bu sahədə qəbul edilən dövlət proqramları kənd təsərrüfatı sahəsinin şaxələndirilməsinə geniş imkanlar açacağının dəfələrlə vurğulamışdı: "Ərzaq təhlükəsizliyinin təmin olunması ilə bağıl ölkədə mühüm işlər görülür. Hazırda əsas ərzaq məhsullarına olan tələb ödənilir".

Bu gün real nəticələr özünün göstərməkdədir. Çünki etibarlı ərzaq təminatı hər bir ölkənin iqtisadi sabitliyinin və sosial dayanıqlılığının başlıca şərtidir.

Qeyri-neft sektorunun iqtisadiyyatda rolu

Məhz bu baxımdan da, Azərbaycan dövləti əhalinin ərzaqla etibarlı təminatına dair tədbirlər həyata keçirməkdə davam edir. Belə ki, ölkədə ərzaq təhlükəsizliyinin birbaşa asılı olduğu aqrar sahənin inkişafına yönələn irimiqyaslı dövlət proqramları həyata keçirilməkdədir. Onu da vurğulamaq lazımdır ki, dövlət başçısı kənd təsərrüfatına yalnız ölkənin ərzaq təhlükəsizliyini təmin edən əsas sahə kimi baxmır, həm də qeyri-neft bölməsinin aparıcı sektoru kimi yanaşır. Əgər bu gün Azərbaycan fermeri, kənd təsərrüfatı məhsulları istehsalçısı bütün vergilərdən azaddırsa, onlara əkib-becərmək üçün maddi yardım olunursa, motor yağı, yanacaq güzəştli qiymətlərlə satılırsa, aşağı faizlərlə kreditlər verilirsə, toxum, gübrə problemlərinin həllini dövlət öz üzərinə götürürsə və daha neçə-neçə əlverişli şərait, işgüzar mühit yaradırsa, stimullaşdırıcı tədbirlər görürsə, bu, ilk növbədə, Prezident İlham Əliyev tərəfəindən gələn təşəbbüslərdir.

Sahibkarlara dövlət dəstəyi reallıqları

Prezident İlham Əliyev regionlara mütəmadi səfərləri zamanı keçirdiyi müşavirələrdə dövlət tərəfindən verilən dəstəkdən danışarkən bildirib ki, Azərbaycanda kənd təsərrüfatı ilə məşğul olanlara dövlət tərəfindən verilən dəstəkdən danışıb: "Azərbaycanda kənd təsərrüfatı ilə məşğul olanlara dövlət tərəfindən verilən dəstək heç bir başqa ölkədə yoxdur. İlk növbədə, əgər biz vergi siyasətinə nəzər salsaq, görərik ki, ölkəmizdə fermerlər bütün vergilərdən azad olunublar, təkcə torpaq vergisindən başqa".

Ölkə Prezidenti, həmçinin, fermerlərə göstərilən dövlət dəstəyindən danışaraq bildirib ki, bu dövlət tərəfindən fermerlərə göstərilən böyük dəstəkdir: "Əlbəttə ki, bu, dövlət tərəfindən fermerlərə göstərilən böyük dəstəkdir. Dövlət xətti ilə ən müasir texnika alınır... Fermerlərə subsidiyalar verilir. Qeyd etdiyim kimi, güzəştli şərtlərlə kreditlər verilir. Yanacağın, gübrənin böyük hissəsi dövlət tərəfindən təmin edilir və metodik tövsiyələr verilir. Dövlət tərəfindən verilən tövsiyələr əsasında 40-a yaxın müasir aqropark yaradılır. Yəni sahibkarlara, fermerlərə dövlət tərəfindən bu qədər dəstək verilir və biz bunun nəticəsini də görürük. Sahibkarlar da, fermerlər də bu işlərə məsuliyyətlə yanaşırlar, götürülmüş kreditlər vaxtında qaytarılır. Növbəti illərdə bütün sahələr üzrə konkret işlər görüləcək".

Ölkə Prezidenti, keçirdiyi müşavirələrdə, həmçinin, fermerlərə göstərilən dövlət dəstəyindən danışarkən, bildirir ki, ən böyük dəstək fermelərin müasir texnika ilə təmin edilməsidir: "Əlbəttə ki, bu, dövlət tərəfindən fermerlərə göstərilən böyük dəstəkdir. Dövlət xətti ilə ən müasir texnika alınır. Dünən təsərrüfatlarla tanış olarkən, mən yeni texnikanı da gördüm. Bu texnikasız kənd təsərrüfatını inkişaf etdirmək, ümumiyyətlə, mümkün deyil".

Ərzaq təhlükəsizliyinə xidmət edən daha bir qurum - Qida Təhlükəsizliyi Agentliyidir

Bu gün etibarlı təminat Prezident İlham Əliyevin sosial-iqtisadi siyasətinin başlıca istiqamətlərindən biridir və son illərdə qida təhlükəsizliyinin təmin edilməsi, qida məhsullarının keyfiyyətinin yüksəldilməsi və ixrac potensialının artırılması sahəsində ciddi addımlar atılır. Qida Təhlükəsizliyi Agentliyinin yaradılması da, məhz əhalinin keyfiyyətli qidalarla təminatı üçün vacib addımdır.

Bir sözlə, Azərbaycan iqtisadiyyatının prioritet sahələrindən biri olan kənd təsərrüfatının inkişaf etdirilməsinə dövlət tərəfindən göstərilən diqqət və qayğı ildən-ilə artır. Kənd təsərrüfatı xərclərinin dövlət büdcəsindəki xüsusi çəkisinin ilbəil artırılması isə, onu deməyə əsas verir ki, Azərbaycan yaxın illərdə özünü vacib ərzaq məhsulları ilə təmin etməklə yanaşı, həm də bu sahədə regionun əsas ixracatçı ölkəsinə çevriləcəkdir.

RƏFİQƏ KAMALQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə