Deputatlığa namizəd Ramana qəsəbəsinin seçiciləri ilə görüş keçirib

Dünən Yeni Azərbaycan Partiyası tərəfindən 27 saylı Sabunçu ikinci seçki dairəsindən namizədliyi irəli sürülən Əliabbas Salahzadənin təşviqatı ilə əlaqədar Sabunçu rayonun Ramana qəsəbəsinin seçiciləri ilə görüşü keçirilib.

Görüşdə YAP Sabunçu rayon təşkilatının Apparat rəhbəri Rəşad Abbasəliyev YAP tərəfindən parlament seçkilərinə namizədliyi irəli sürülən Əliabbas Salahzadənin həyatı və fəaliyyəti barədə görüş iştirakçılarına ətraflı məlumat verib. Bildirib ki, 9 fevralda keçiriləcək parlament seçkilərində də mütləq səs çoxluğu ilə YAP namizədləri qələbə qazanacaqlar.

Deputatlığa namizəd Əliabbas Salahzadə görüşdə öz seçki platforması barədə seçicilərə geniş məlumat verib. Əliabbas Salahzadə seçicilərin mütləq əksəriyyətinin səsini qazanacağına inandığını və deputat seçiləcəyi təqdirdə, verdiyi bütün vədlərin həyata keçirilməsinə çalışacağını və seçicilərin etimadını doğrultmağa çalışacağını söyləyib.

Ramana seçiciləri də 9 fevralda keçiriləcək parlament seçkiləri zamanı hamılıqla YAP-nın namizədlərinə səs verməyə çağırıblar.

PƏFİQƏ

Bütün xəbərlər Facebook səhifəmizdə