BƏƏ-dəki Azərbaycan Cəmiyyəti 31 mart soyqırımı ilə bağlı bəyanat yayıb
Birləşmiş Ərəb Əmirliklərindəki (BƏƏ) "Azərbaycan" Cəmiyyətinin sədri Samir İmanov Dubayın İnsan Haqları İnstitutunun direktoru Mohammad Abdulla ilə görüşüb. Bu barədə SİA-ya"Azərbaycan" Cəmiyyətinin sədri Samir İmanov özü məlumat verib. Məlumatda bildirilib ki, görüş zamanı ona 31 mart soyqırımı ilə bağlı ətraflı məlumat verib, habelə ona cəmiyyətin yazılı bəyanatını da təqdim edib.
Bəyanat eyni zamanda, Dubayın Şeyx Aparatının (Divanin) direktoru Mohammed İbrahim Al-Sebaniye və BƏƏ Parlamentinin sədri Abdil-Aziz Al-Qureyre də göndərilib.
Bəyanatda son 200 il ərzində ermənilərin xalqımıza qarşı apardığı soyqırımı əməliyyatları haqda ətraflı məlumat verilir. Qeyd edilir ki, son 200 il ərzindən 1 milyondan artıq azərbaycanlı ermənilər tərəfindən vəhşicəsinə qətlə yetirilərək soyqırımına məruz qalıb. 1918-ci ilin mart hadisələrinə Azərbaycan Demokratik Respublikası yarandıqdan sonra diqqət yetirib, 1919 və 1920-ci illərdə 31 Mart günü ümumxalq hüzn günü kimi qeyd edilib: "Lakin ADR süquta uğradığı üçün buna siyasi qiymətin verilməsi mümkün olmamışdı. Nəhayət, Azərbaycan 1991-ci ildə özünün son müstəqilliyini əldə etdikdən sonra 1918-ci il hadisələrinə 80-ci ildönümü ərəfəsində ümummilli lider Heydər Əliyevin verdiyi sərəncama əsasən 31 Mart Azərbaycanlıların soyqırımı günü kimi qeyd edilir".
Bəyanatda həmçinin vurğulanır ki, BMT-nin 4 və İÖK Təşkilatının çoxsaylı qətnamələrinə baxmayaraq erməni qoşunları Qarabağı işğal etməkdə davam edir.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB