“Könüllü qonaq” təşəbbüsü bu dəfə Masallıda -FOTOLAR

Region gənclərimiz “Könüllü qonaq” olaraq könülləri fəth etməyə davam edirlər. SİA-nın məlumatına görə, ölkə Prezidenti İlham Əliyevin 2020-ci ili “Könüllülər ili” elan etməsi ilə əlaqədar bir sıra rayonlarda başlanan “Könüllü qonaq” təşəbbüsünə Masallı gəncləri də qoşulublar.

Qayğıya xüsusi qayğı və diqqətə ehtiyacı olan rayon sakininin evinə baş çəkən gənclər ev sahibləri ilə xoş və maraqlı vaxt keçiriblər.

Onlar ölkəmizin digər şəhər və kəndlərində yaşayan gəncləri də #konulluqonaq təşəbbüsünə qoşulmağa çağırıblar.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...