Cümşüd Nuriyev: “31 mart soyqırımı bilvasatə ermənilərin əli ilə Rusiyanın maraqları dairəsində həyata keçirilib” - DEBAT (SƏS TV)

Cümşüd Nuriyev: “31 mart soyqırımı bilvasatə ermənilərin əli ilə Rusiyanın maraqları dairəsində həyata keçirilib” - DEBAT (SƏS TV)

- Ermənilərin Azərbaycanlılara qarşı törətdikləri ən vəhşi faciələrdən biri 31 mart soyqırımıdır. Bu tarixi faktla bağlı nə deyə bilərsiniz?


Cəbi Bəhmənov: - Bu hadisə, törədilən cinayət bütövlükdə Çar Rusiyasının, Sovet Rusiyasının və Rusiya Federasiyasının Azərbaycan xalqına qarşı yeritdiyi, formalaşdırdığı bir missiya, soyqırımdır. Ermənilərə gəldikdə isə bu faciədə onlardan məharətlə istifadə olunub. Onlara icraçı kimi yer verilib. Əlbəttə ki, onların da çirkin niyyətləri istər Qriqoryanın, istər Daşnakstun Partiyasının fəaliyyəti dövründə meydana çıxıb. Onların ümumi fəaliyyətində xalqımıza olan nifrəti onları bu cür cinayətlərə gətirib çıxarıb.

1917-20-ci illərdə istər Şimali, istərsə də Cənubi Azərbaycana fikir versək, 1998-ci ildən 1994-cü ilin mayın 12-nə qədər olan cinayət indidə davam edir. Əslində ermənilər sərbəst olaraq, hərbi-siyasi qüvvə kimi geniş miqyasda bu qədər cinayət törədə bilməz. Əgər konkret olaraq biz mart soyqırımını götürsək bu soyqırımının onlar tərəfindən törədildiyi doğrudur. Amma sual olunur onlara maliyyə dəstəyini, silahı, siyasi dəstəyi kim verib. Rusiyada hakimiyyət dəyişsə də Qafqaz siyasətinin mandatı dəyişmir. İstər Sovet Rusiyasının, istərsə də indiki Rusiyanın hakim dairələrinin mandatında Qafqaz, Azərbaycan siyasətində mahiyyət dəyişmir.

1918-ci ildə mart soyqırımı başa çatandan sonra Zəngəzurda, İrəvan quberniyasında, Qarabağda cinayətlər törədən Andronik Şaumyana teleqram göndərir. 574 nömrəli teleqramda: "Mən inqilab əsgərlərimizi salamlayıram. Sizə sevinclə çatdırmaq istəyirəm ki, biz Bakını əldə saxlamaq üçün nə iş lazımdırsa onu etmişik",- deyə qeyd olunub.

Şaumyanın ətrafına topladığı komanda və digərləri bilavasitə Türkiyə Cümhuriyyətinə xəyanət edən, sonradan isə Azərbaycan da cinayət törədən canilərdir. Bizim əldə etdiyimiz məlumatlara görə, o zaman mart ayının 30-31-i və aprelin 1-i 30 mindən çox insan həlak olub. Ermənilər özləri yazırlar ki, biz Bakıda 25 min azərbaycanlı öldürmüşük. 1918-ci il sentyabr ayının 23-də "Azərbaycan" qəzetinin verdiyi məlumata görə, həmin soyqırımda 30 mindən çox insan həyatını itirib.

Apardığımız hesablamalara görə bütövlükdə 1917-ci ildən 1920-ci ilin aprelinə Azərbaycanın həm Şimalı həm də Cənubunda ən aşağısı 700 min nəfər həlak olub. Qubada 122 kənd, Şamaxıda 72, Zəngəzurda 114, İrəvan quberniyasında 199-dan çox kənd ermənilər tərəfindən məhv edilib. Təkcə Cənubi Azərbaycan ərazisini götürsək 150 min nəfər azərbaycanlı qətlə yetirilib.

- Azərbaycana qarşı törədilən bütün vəhşiliklər nəyə görə Sovet tədqiqatçıları heç bir reaksiya vermirdilər. Onların bu hərəkəti nəyə hesablanmışdı?


- Tarxiçilərimiz də araşdırıblar ki, Azərbaycanın deportasiya tarixi 1801-ci ildən başlayır. Bu proses 1992-ci ildə tamamlanmayıb, bu gün də davam edir. Həmin proses bilvasatə ermənilərin əli ilə Rusiya maraqları dairəsində gündəmə gətirilib.

Bütün hallarda Rusiya tarixçiləri bilirlər ki, nəinki indiki Ermənistan ərazilərində hətta indiki Türkiyə ərazisində belə ermənilərlə bağlı hər hansı bir arxeoloji sənəd, abidə yoxdur. Ermənilərlə bağlı sənəd Herodotda var. İndinin özünə qədər ermənilər öz tarixlərini sübut edə bilmirlər. Tarixi olmayanlar özlərinə tarix yazmağa çalışırlar.


Cümşud Nuriyev: - Əvvəla onu qeyd edim ki, soyqırımı ilk dəfə ümummilli lider Heydər Əliyev tərəfindən rəsmiləşdirilib. Hətta rus politoloqu qeyd edib ki, Heydər Əliyev bu addımı atmaqla ermənilərə qarşı atla gediş edib. Çünki Heydər Əliyev qeyd edib ki, əgər ermənilər soyqırım iddiasını gündəmə gətirməklə dünyadan siyasi təzminat, maliyyə yardımı istəyirsə, biz də Azərbaycanın soyqırıma məruz qaldığını dünyaya bəyan edirik.

Bu prosesdə son 13 ildə uğurlar əldə edilib. İndiyə qədər Azərbaycanın soyqırıma məruz qaldığını kimsə qəbul etmirdi. Artıq Türkiyə Böyük Millət Məclisində Xocalı soyıqırımı məsələsi gündəmə gəlib.

Təkcə ötən əsrdə 1905, 1918 -1920, 1948-1953, 1988-1993-cü illərdə yəni 4 dəfə Azərbaycan xalqı deportasiya və soyqırımına məruz qalıb. Yalnız Bakıda 30 min, Şamaxıda 7 min, Qubada 7500 ə qədər, İrəvanda 88 kənd məhv edilərək 22 min azərbaycanlı öldürülüb. Andronikin başçılığı ilə Naxçıvanda 2500 nəfər, Zəngəzurda 15 kənd yer üzündən silinməklə 7 min nəfər məhv edilib. Aparılan araşdıralara görə, yalnız 1918-1920- ci illərdə Şimali Azərbaycanda 400 min azərbaycanlı öldürülüb. 1905-1920-ci illər arasında ermənilər 1 milyon azərbaycanlı qırıblar. Bütün bunların, Xocalı faciəsinin gündəmə gəlməsində beynəlxalq hüququn əsası var. Bu məsələ ilə bağlı 1948-ci ildə BMT Baş Assambleyasının qəbul etdiyi 260 saylı qərarla insan hüquqlarının qorunması ilə bağlı Cenevrə Konvensiyası, Yuqoslaviya üzrə Hərbi Nizamnamə var ki, onun 1-ci maddəsində bu məsələ öz əksini tapıb. Bundan əlavə, Azərbaycanın Cinayət Məcəlləsinin 123-cü maddəsi, ümummilli lider heydər Əliyevin imzaladığı 26 mart 1998-ci ilin qərarı var. Bütün bu sadalanan sənədlər beynəlxalq müstəvidə erməniləri məhkəməyə verməyə bizə əsas verir. Ancaq Ermənistan ərazisində yaşayan oradan çıxarılan azərbaycanlılar təkcə mülklərindən məhrum olmayıblar, onların nəslə ötürə biləcəyi varidatı əlindın alınıb.

Hesablamalar görə Qarabağda yaşayan azərbaycanlılara dəyən ziyan hardasa 23 milyarddırsa, Ermənistan ərazisində yaşayan azərbaycanlılara vurulan zərər 80 milyard dollar məbləğindədir. Azərbaycan Ermənistana qarşı istənilən halda 100 milyard üzərində dava aça bilər.

Bütün xəbərlər Facebook səhifəmizdə