Paşinyanın daxili qoşunları erməni xalqına qarşı

Sirr deyil ki, Ermənistanda hakimiyyət dəyişikliyinə rəğmən, mövcud hakimiyyət öz reytinqini qoruyub-saxlamaq üçün əlində olan bütün imkanlardan maksimum şəkildə istifadə edir. Baş nazir Nikol Paşinyanın, hətta dövlət mövqelərində ehtiyat etdiyi insanları represiyalara məruz qoymaq faktları üzə çıxmaqdadır. Bu barədə Ermənistan KİV-ləri məlumat yayır. Məsələn, "Arminianrekord" yazır ki, artıq Paşinyan silahlı qüvvələrin daxili qoşunlarını xalqa qarşı çıxarmaq qərarını verir: "Güc qalib gəlir, lakin onun qələbəsi azmüddətlidir" deyə yazan erməni saytı ABŞ prezidenti Abraxam Linkolnun sitatını gətirərək, işarə edir ki, çox yaxın günlərdə Paşinyan hakimiyyətinə qarşı kütləvi etiraz dalğası qalxacaq: "Bu dəfə ölkənin Konstitusiya Məhkəməsinin sədrinin, keçmiş Milli Təhlükəsizlik Xidməti rəisinin ardınca Ədliyyə naziri Rustam Badasyanın da təqiblərə məruz qalması ölkədaxili repressiyaların baş qaldırması ehtimallarını reallaşdırır. Məsələ ondadır ki, Badasyan hakimiyyətin adından çıxış edərək, parlamentdə erməni xalqına barmaq silkələyib. O, dövlətinin əsaslarının möhkəm olduğunu iddia edərək, qanun pozuntuları törədənlərin qarşısının daxili qoşunlar tərəfindən alınacağını bildirib".

"Qoy kiminsə hünəri varsa, dövlətlə təhdiq dilində danışsın" deyən erməni ədliyyə naziri bununla sübut edib ki, ona bu sözləri dedirdən Paşinyan reytinqinin aşağı düşməsindən ehtiyat edərək, xalqla güc dilində danışmağı qərara alıb. "Əslində, bunu başa düşməmək çətin deyil. Lənətəgəlmiş Sarkisyan rejiminin yıxılması ölkədə yeni lənət sindromunu yaratdı. Yeni hakimiyyət rus standartlarından istifadə edərək, güc strukturlarının süngülərini yerli metodla xalqa sancmağa başlayıb: şantaj, təhdid və sairə ilə. Əgər ədliyyə naziri açıq şəkildə parlamentdə daxili qoşunların etirazlara qarşı çıxacağını bəyan edirsə, bu zaman hazırkı hakimiyyətin öndəki hakimiyyətdən hansı fərqi ola bilər?"

Əgər bütün bunları nəzərə alarıqsa, mövcud hakimiyyət, nəinki öz mövqeyini qoruyub-saxlamağa çalışır, eyni zamanda, özünün siyasi rəqiblərini, hətta güc yolu ilə kənarlaşdırmağa çalışır. Bu gün Ermənistanda siyasi barışıq mühiti, ümumiyyətlə, mövcud deyil. Hətta iqtisadiyyatda, sosiad siyasətdə, həmçinin, xarici siyasətdə ciddi məclubiyyətlər görünməkdədir. Bunu adıçəkilən erməni saytı da ortaya qoydu. "Yeri gəlmişkən, biz bunu Nikol Paşinyanın beynəlxalq Davos İqtisadi Forumunda iştirak etməməyində də gördük. Onun, sadəcə deməyə sözü yox idi və yeri də yox idi. Belə də ki, sivil ölkə liderləri də onu görmək üçün tələsmirdilər. Çünki onlar bilirdilər ki, Paşinyan, nəinki erməni xalqını, həm də xarici ölkə rəhbərlərini və onların gözləntilərini doğrultmağa güc tapmayıb. Bu günkü İrəvanın "siyasəti" məhz budur".

Beləliklə, eriməni saytının şərhçisi Tevos Arşakyanın fikirlərindən belə nəticə çıxarmaq olar ki, ölkədə yeni və daha kütləvi xalq etiirazı gözlənilir. Paşinyanın nağıl üzərində qurduğu əfsanə siyasəti, həqiqətən də, əfsanə olduğunu sübuta yetirir.

RƏFİQƏ HÜSEYNOVA

Bütün xəbərlər Facebook səhifəmizdə