İsveçrənin qarlı zirvələrində “Odlar Yurdu”nun hərarəti FOTOLAR

İsveçrənin Sankt-Moritz şəhərində Qar polosu üzrə Dünya Kuboku turniri başa çatıb. SİA xəbər verir ki, Heydər Əliyev Fondunun dəstəyi və Azərbaycan Respublikası Atçılıq Federasiyasının təşkilatçılığı ilə çempionatda iştirak edən “Land of Fire” komandası Avropa tamaşaçılarına Polonun vətəni Azərbaycanın atçılıq ənənələrini, Odlar Yurdunun füsünkar təbiətə, qədim mədəniyyətə malik olmaqla yanaşı güclü idmançılar diyarı olmasını nümayiş etdirilib.

25 yanvar 2020-ci il tarixində Azərbaycan komandası “St. Moritz” komandası ilə qarşılaşıb. Çox gərgin şəraitdə keçən görüşdə təmsil­çimiz böyük qələbə əzmi nümayiş etdirmiş və rəqib idmançılarımızın şiddətli müqa­viməti ilə üzləşmişdir. Qarşılaşmanın yekunu olaraq “Land of Fire” komandası finala vəsiqə qazanıb və günün ikinci oyununda “Mazerati” komandası “Badrutt’s Palace Hotel” komandasına qalib gəlib.

Turnir proqramına uyğun olaraq 26 yanvar tarixində turnirin üçüncüsünün müəyyən olunması üçün “Mazerati” və “Badrutt’s Pa­lace Hotel” komandaları qarşılaşmışlar. Bu görüşdə “Mazerati” ko­mandası öz rəqibindən üstün olub.

Bİldirək ki, ölkəmizi təmsil edən “Land of Fire” komandası final görüşündə turnirin ən güclü komandası sayılan “St. Moritz” komandası ilə qarşılaşıb. Gərgin və kompromissiz mübarizə şə­raitində keçən qarşılaşma rəqibin qələbəsi ilə ye­kunlaşıb. Beləliklə də, təmsilçimiz turnirin ikincisi olub.

Final görüşündən sonra qaliblərin mükafatlandırılması mərasimi baş tutub. Eyni zamanda turnirin ən yaxşı oyunçusu, ən yaxşı ko­mandası və ən yaxşı atı nominasiyaları üzrə mükafatlar və hədiyyələr təqdim olunub.

Qeyd olunmalıdır ki, Beynəlxalq Polo Federasiyasının təşki­latçılığı ilə “13-cü Polo üzrə Avropa Çempionatı” 10-20 sentyabr 2020-ci il tarixlərdə Bakı şəhərində baş tutacaq.

Müəllif: Leyla Qəniyeva

Bütün xəbərlər Facebook səhifəmizdə