Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanova İngiltərə Lordlar Palatasının, Azərbaycan-İngiltərə Dostluq qrupunun üzvü, BMT-nin Lider Qadınlar Şurasının sədri Baronessa Mary Goudie ilə görüşüb. Ombudsman Aparatının mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, tanışlıq məqsədi daşıyan görüşdə qonaq Azərbaycanda insan hüquqları sahəsində həyata keçirilən fəaliyyətlə maraqlanıb. Baronessa M.Goudieyə Ombudsmanın insan hüquqlarının müdafiəsi və təmin olunması üzrə fəaliyyəti, Müvəkkilin mandatı və səlahiyyətləri, təsisatın strukturu ilə bağlı məlumat verilib. Müvəkkil ötən ilin dekabrında "Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında" Konstitusiya Qanununa Müvəkkilin milli preventiv mexanizm kimi fəaliyyətinin tənzimlənməsi, eyni zamanda "İnformasiya əldə etmək haqqında" Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş tələblərə nəzarətin həyata keçirilməsi üzrə əlavə və dəyişikliklər edilməsi ilə əlaqədar layihənin Milli Məclisdə birinci oxunuşda qəbul edildiyini bildirib. Müvəkkil Avropa Birliyinin həyata keçirdiyi layihələrdə, o cümlədən Tvinninq və Şərq tərəfdaşlığı layihələrində təsisatın iştirak etdiyini, bu əlaqələrin gələcəkdə daha da inkişaf etdiriləcəyini diqqətə çatdırıb. Ombudsmanın dövlət qurumları, QHT-lər, vətəndaş cəmiyyəti ilə sıx əməkdaşlıq əlaqələri qurduğu, respublikada İnsan Hüquqlarının Müdafiəsi üzrə Milli Fəaliyyət Planının (MFP) uğurla icra olunduğu, Müvəkkil tərəfindən ölkənin bütün rayonlarında bu planın təbliği və tətbiqi vəziyyətinin monitorinqi, həmçinin seçki hüququ ilə bağlı əhalinin maarifləndirilməsi məqsədilə ölkənin bütün rayonlarında ictimai dinləmələrin keçirildiyi, hazırda həmin plana əlavələr edilməsi üzrə iş aparıldığı qeyd olunub.
E.Süleymanova qonağın ölkədə qadın hüquqlarının müdafiəsi, gender bərabərliyi və məişətdə zorakılığa qarşı mübarizə ilə əlaqədar sualını cavablandıraraq, respublikamızda qadın hüquqlarının, gender bərabərliyinin, qadın və kişilər arasında hüquq bərabərliyin təmin edilməsinə önəm verildiyini, qadınların cəmiyyətdə gedən demokratik inkişaf proseslərinə qoşulduğunu, yeni dövrün tələb və xüsusiyyətlərinə uyğun olaraq, qadın hərəkatının geniş vüsət aldığını söyləyib. Müvəkkil qeyd edib ki, cəmiyyət inkişaf etdikcə qadınların fəallığının artması müşahidə olunur, onların demokratik quruculuq prosesində, ictimai həyatda, idarəetmədə daha fəal iştirakı, cəmiyyətin müxtəlif sahələrində təmsilçiliyi zəruridir. Qadınların ictimai-siyasi həyatda da fəallığının artırılması, vətəndaş mövqeyini təsdiq etməsi olduqca vacibdir. Ombudsman qadınlara qarşı zorakılığın preventiv üsullarla qarşısını almağı, hüquqi maarifləndirmə tədbirləri, ailələrlə, icmalarla görüşlər keçirməyi, zorakılığa məruz qalmış şəxslərə maddi, mənəvi və psixoloji yardımların göstərilməsini, məişət zorakılığına qarşı mübarizə üzrə beynəlxalq təcrübənin öyrənilməsini və həyata keçirilməsini zəruri sayıb. Qeyd olunub ki, qadınlara qarşı zorakılığın aradan qaldırılması istiqamətində tədbirlər uşaqlara qarşı zorakılıqla mübarizə tədbirləri ilə paralel aparılmalıdır.
E.Süleymanova qadın məhkumların da hüquqlarının müdafiəsi istiqamətində görülmüş işlər barədə məlumat verib. O, fəaliyyət dövrü ərzində ombudsmanın vəsatətləri üzrə bu günədək ümumilikdə 326 məhkumun, o cümlədən yetkinlik yaşına çatmayan, qadın, xəstə, ahıl məhkumların da əfv edilərək azadlığa buraxıldığını söyləyib. Görüşdə tənha yaşlıların, o cümlədən ahıl qadınların hüquqlarının müdafiəsi, sağlamlığının qorunması məsələlərinə də toxunulub. E.Süleymanovanın on ildən artıqdır ki, yaratdığı, davamlı və səmərəli fəaliyyət göstərən Ahılların Resurs Mərkəzində yaşlı insanlara təmənnasız olaraq hüquqi, tibbi və psixoloji yardımların təşkil edildiyi bildirilmişdir. Hazırda Ombudsmanın resurs mərkəzi olan bu qurumda ahılların fəal həyata sövq edildiyi, nəsillər arasında ünsiyyət körpüsü yaradıldığı diqqətə çatdırılıb. Müvəkkilin uşaq hüquqları üzrə resurs mərkəzi olan Azərbaycan Uşaq və Gənclərin Sülh Şəbəkəsi nəzdindəki Liderlik Məktəbinin yetirmələrinə ölkəmizin tarixi, coğrafiyası və zəngin mədəniyyəti ilə bağlı bilgilərlə yanaşı, həm də yaşlı nəslin milli mənəvi dəyərlərinin, bilik və təcrübəsinin aşılandığı qeyd olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB