Pakistan nəşri Azərbaycanda keçiriləcək parlament seçkilərindən yazdı

Pakistanda nəşr edilən “National Herald Tribune” qəzetində və həmin qəzetin internet səhifəsində Azərbaycanda keçiriləcək parlament seçkiləri ilə bağlı “Azərbaycandakı seçkilərin özünəməxsus xüsusiyyətləri” adlı məqalə dərc olunub.

Riaz Əhməd Malikin müəllifi olduğu məqalədə Azərbaycan Demokratik Respublikasının (ADR) müsəlman dünyasında ilk demokratik ölkə olduğu xatırladılaraq, müasir Azərbaycanın ADR dövründə əsası qoyulmuş demokratik normaları institutlaşdırdığı bildirilir.

Məqalədə 2020-ci ilin 9 fevral tarixində keçiriləcək parlament seçkilərində indiyə qədər 19 siyasi partiyadan yüzlərə namizədin iştirak üçün qeydiyyatdan keçdiyi qeyd olunur və seçkiqabağı mərhələdə ölkənin Mərkəzi Seçki Komissiyasının (MSK) seçkilərin azad, ədalətli və şəffaf keçirilməsi üçün namizədlərə bütün lazımi imkanları təqdim etdiyi vurğulanır.

Müəllif cari seçki prosesinin ölkədəki siyasi sabitliyə, iqtisadi islahatların davam etməsinə və ümumilikdə demokratik sistemin daha da güclənməsinə öz töhfəsini verəcəyinə əmin olduğunu da diqqətə çatdırır.

Məqalədə həmçinin, MSK-ya seçkiləri müşahidə etmək üçün yerli və xarici müşahidəçilərdən 2,000-ə yaxın müraciətin daxil olduğu, eyni zamanda Bakıda MSK tərəfindən müstəqil media mərkəzinin də təsis edildiyi qeyd olunur.

http://dailynht.com/epaper/main.php?action=epaper&id=main&page=3&dt=21-01-2020

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...