Rüstəm Usubov: “Həm Azərbaycan Beynəlxalq Universitetinin Klinikası, həm də “Nur” Klinikasında orqan transplantasiyası ilə bağlı istintaq aparılır” -AÇIQLAMA

Rüstəm Usubov: “Həm Azərbaycan Beynəlxalq Universitetinin Klinikası, həm də “Nur” Klinikasında orqan transplantasiyası ilə bağlı istintaq aparılır” -AÇIQLAMA

Həm Azərbaycan Beynəlxalq Universitetinin (ABU) Klinikası, həm də "Nur" Klinikasında orqan transplantasiyası ilə bağlı istintaq aparılır. SİA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında baş prokurorun birinci müavini Rüstəm Usubov məlumat verib. O bildirib ki, bu məsələ ilə bağlı müxtəlif dövlətlərə sorğular göndərilib: "Bizim əməkdaşlar Ukraynaya ezam olunublar və bu yaxınlarda onlar ezamiyyətdən qayıdıblar. Çox ciddi istintaq-əməliyyat tədbirləri gedir. İstintaqın nəticələri mətbuata açıqlanacaq".

R.Usubov həmçinin son günlər İslam Partiyasının bir neçə üzvünün həbs olunması ilə bağlı məsələyə də münasibət bildirib. O vurğulayıb ki, İslam Partiyası saxta qurum olub və Ədliyyə Nazirliyində də qeydiyyatdan keçməyib. Baş prokurorun birinci müavininin sözlərinə görə, partiyanın rəhbəri Mövsüm Səmədov, əmisi oğlu Dəyanət Səmədov Quba şəhərində saxlanılıb.

Onun sözlərinə görə, hər iki şəxsin evində məhkəmənin qərarı ilə axtarışlar aparılıb və bu zaman çoxlu sayda silahlar tapılıb.

"İslam Partiyasının Gəncə, Masallı, Astara rayonlarında da filialları olub. Bu filialların rəhbərlərinin də evində axtarışlar aparılıb. Onların evində də çoxlu miqdarda silah tapılıb. Hazırda bu məsələlərin hamısı istintaq edilir", - deyə o əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə