Bu gün 31 mart Azərbaycanlıların Soyqrımı gününə həsr olunmuş tədbir keçirilib. SİA-nın xəbərinə görə, tədbirdə Türkiyə Universitetləri Məzunları İctimai Birliyinin rəhbəri (TUMİB) Çingiz Bayramov, tarixçi Vidadi Fətullayev, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin məsul işçisi Vüqar Səlimov və digər nümayəndələr iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Türkiyə Universitetləri Məzunları İctimai Birliyinin rəhbəri Çingiz Bayramovun sözlərinə görə, bu günki tədbir 31 Mart Azərbaycanlıların Soyqırımı gününə həsr olunub. TUMİB rəhbərinin fikrincə, 1998-ci ildən etibarən Azərbaycanda martın 31-i dövlət səviyyəsində Soyqırımı Günü kimi qeyd olunur. Ç.Bayramovun dediyinə görə, bu tarix xalqın yaddaşında qanlı səhifələr kimi həkk olunub.
Tədbirdə söz alan Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin məsul işçisi Vüqar Səlimov bildirib ki, tarixin müxtəlif dövrlərində olduğu kimi, 1988-ci ildə də ermənilər Azərbaycan xalqına qarşı torpaq iddiası irəli sürərək Azərbaycan xalqına qarşı soyqırımı törədiblər.
Tədbirdə çıxış edən tarixçi-alim Vidadi Fətullayev əlavə edib ki, 31 Mart soyqırımı ən dəhşətli faciədir. Tarixçinin ifadəsinə görə, ermənilərin bu faciəni törətməklə əsas məqsədi yerli xalqı - azərbaycanlıları buralardan silib atmaq olub. Bu faciə rus-erməni işğalçılarının həyata keçirdikləri qətliamdır.
Qeyd edək ki, tədbirin sonunda qonaqlar mövzu ətrafında öz fikirlər və rəylərinin bildiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB