Masallıda gənclər arasında “Breyn rinq” birinciliyi keçirilib

24 yanvar 2020-ci il tarixdə Masallı rayon Gənclər və İdman İdarəsinin və Təhsil şöbəsinin birgə təşkilatçılığı ilə “Könüllülər ili” ilə əlaqədar olaraq ASAN İntellektual İnkişaf Mərkəzində gənclər arasında “Breyn rinq” intellektual yarışı üzrə rayon birinciliyi keçirilib.

Tədbirdə Masallı rayon Gənclər və İdman İdarəsinin rəis müavini Oktay Mütəllimov çıxış edərək Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin könüllülüyün inkişafı, gənclərin könüllü fəaliyyətinə cəlb olunması və ümumilikdə gənclərin inkişafına xüsusi qayğı və diqqəti, gənclər sahəsində həyata keçirilən siyasətin prioritet olaraq müəyyən olunmasından danışaraq iştrakçılara uğurlar arzulamışdır.

Tədbirdə Masallı rayon Təhsil şöbəsinin metodkabinetin müdiri Bəybala Xəliliov çıxış edərək iştrakçıları salamlamış və keçirilən tədbirin bu gün ki, gənclərin həyatında mühüm yer tutduğunu və gələcəkdə onların tariximiz haqqında daha geniş biliklərə sahib olmalarına kömək göstərməkdən ibarət olduğunu vurğulayıb.

Gərgin və maraqlı mübarizə şəraitdə keçən bilik mübarizəsinin sonunda I yeri Bala Kolatan kənd tam orta məktəbinin gənclərdə ibarət “Big Bang” komandası, II yerə F.Xancanov adına Musaküçə kənd tam orta məktəbinin gənclərdən ibarət “Birlik” komandası, III yerə N.Nərimanov adına Şəhər 2 nömrəli tam orta məktəbinin gənclərdən ibarət “Elm” komandası layiq görülüb. Fərqləndiyinə görə isə Bədəlan kənd tam orta məktəbinin gənclərdən ibarət “Bədəlan” komandası diplomla mükafatlandırılıb.

Qalib komandalar Rayon Gənclər və İdman İdarəsin tərəfindən Kubok və diplomlarla mükafatlandırılıb.

Əlihüseyn Şükürov

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...