Milli parklarda maraqlı və rəngarəng tədbirlər davam etdirilir

Azərbaycanın milli parklarında müxtəlif yaş qruplarını əhatə edən maraqlı və rəngarəng tədbirlər davam etdirilir. SİA xəbər verir ki, bu barədə ETSN-nin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova bu gün keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, 26 yanvar tarixində - Dünya Ekoloji Təhsil Günündə bir sıra milli parklarda açıq dərs, Qızılağac Milli Parkının turizm informasiya mərkəzində məktəblilər arasında bilik yarışı keçiriləcək.

“30 yanvar tarixində isə Hirkan Milli Parkında atla yürüş üçün ziyarətçilərə şərait yaradılacaq. Tədbirlərin keçirilməsində məqsəd milli parklarda ekoturizmin təbliği, parklara turistlərin marağının artırılmasıdır. Hər kəsi milli parklarımıza səyahət etməyə və təşkil olunacaq tədbirlərə qoşulmağa çağırırıq”, deyə nazirliyin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova bildirib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...