Yanvarın 24-ü gecə saatlarından başlayaraq ölkə ərazisinə soyuq atmosfer cəbhəsinin yaxınlaşması nəticəsində hava şəraiti dəyişib, Qubada 5, Qusar, Şahbuzda 4, Altıağacda 3, Xaltanda 2, Xınalıq, Naxçıvan, Ordubad, Culfa, Gədəbəy, Lerik, Ağdərə(Ordubad), Qrızda 1 mm qar yağıb. SİA xəbər verir ki, bu sözləri ETSN-nin Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva bu gün keçirilən mətbuat konfransında deyib.

Departament direktorunun sözlərinə görə, Nabranda, Şabranda 2, Bakıda və Abşeron yarımadasında, Maştağada 2 mm, Zabrat, Binə, Pirallahıda 1 mm yağış qeydə alınıb.

“Qar örtüyünün hündürlüyü Ağdərədə 22, Lerikdə, Qırızda 7, Xınalıqda 6, Şahbuzda 5, Kişçayda 4, Qusarda 3, Yardımlı, Altıağac, Naxçıvanda 2, Xaltan, Qubada 1 sm olub.

Qərb küləyi Tərtərdə 30, Daşkəsəndə 25, Naftalanda 24, Mingəçevirdə 23, Yardımlıda 19, Göyçay, Şamaxıda 18, Bərdə, Şəkidə 17, Bakıda və Abşeron yarımadasında: Biləcəridə 28, Maştağada 26, Qum adasında 24, Bakı, Zabratda 22, Pirallahıda 21 m/s-dək güclənib.

Neft Daşları Stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 3.2 metrə çatmışdır.

Havanın minimal temperaturu dağlıq rayonlarda 2-6 dərəcə şaxta, yüksək dağlıq rayonlarda 10-15 dərəcə şaxta olub”, deyə Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva bildirib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə