Nizami Cəfərovun Ağstafanın daha 3 kəndində seçicilərlə görüşü keçirilib

Azərbaycan Respublikası Milli Məclisinə parlament seçkilərinin təbliğat-təşviqat kampaniyası çərçivəsində 108 saylı Ağstafa Seçki Dairəsindən Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş Nizami Qulu oğlu Cəfərovun Ağstafa rayonun Köhnəqışlaq, Tatlı və Göycəli kəndində seçicilərlə görüşü keçirilib.

Yeni Azərbaycan Partiyasının Seçki Platforması və öz fəaliyyəti barəsində məlumat verən deputatlığa namizəd Nizami Cəfərov qeyd edib ki, partiyanın Sədri, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət nəticəsində, dövlətimiz yeni inkişaf mərhələsinə qədəm qoyub: "Aparılan uğurlu islahatlar nəticəsində, dövlətimiz gündən-günə inkişaf edir, iqtisadiyyatımız güclənir və insanların rifah halı yaxşılaşır. Sözsüz ki, bütün bunlar ölkəmizdə vətəndaşların dövlət başçısı, Yeni Azərbaycan Partiyasının Sədri Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətə mütləq inam və etimad bəsləməsinin, xalq-iqtidar birliyinin sarsılmaz təməllərə söykənməsinin nəticəsidir. Əminliklə deyə bilərəm ki, vətəndaşlar əvvəlki seçkilərdə olduğu kimi, bu seçkilərdə də Yeni Azərbaycan Partiyasının namizədlərinə böyük etimad göstərəcəklər, partiyamız bir daha möhtəşəm qələbə qazanacaq".

N.Cəfərov seçiciləri fevralın 9-da fəal olmağa və layiqli namizədə səs verməyə çağırıb.

R.HÜSEYNOVA

Bütün xəbərlər Facebook səhifəmizdə