Kamal Cəfərovun Kürkəndi və Suqovuşan kəndlərində təbliğat-təşviqat kampaniyası davam edir - FOTOLAR

Milli Məclisə növbəti seçkilərlə əlaqədar Yeni Azərbaycan Partiyasının rəhbərliyi tərəfindən 63 saylı Sabirabad 1-ci seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülən Kamal Cəfərovun təbliğat-təşviqat kampaniyası davam edir. SİA-nın verdiyi məlumata görə, bu gün Sabirabad rayonunun Kürkəndi və Suqovuşan kəndlərinin seçiciləri ilə K.Cəfərovun çox maraqlı görüşü keçirilib.

Görüşdə qarşıda duran problemlərdən söhbət açılıb.

Sonda kənd sakinləri Milli Məclisə keçiriləcək seçkilərdə Kamal Cəfərova yekdilliklə səs verəcəklərini bildiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə