Qusarda YAP-ın təbliğat kampaniyası uğurla davam etdirilir

51 saylı Qusar Seçki Dairəsi üzrə Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş Azər Badamovun növbəti görüşləri rayonun Sudur, Gican və Düztahir kənd seçiciləri ilə keçirilib.

Görüşü YAP Qusar rayon təşkilatının sədri David İbramxəlilov açaraq, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən səmərəli daxili və xarici siyasət, iqtisadi, sosial və hüquqi islahatların şaxələndirilməsi nəticəsində Azərbaycanın, nəinki regionun, bütövlükdə, dünyanın ən stabil inkişaf tempinə malik dövlətləri sırasında yer aldığını bildirib. Qeyd edib ki, belə bir ölkədə yeni infrastruktur layihələri icra olunur, əhalinin rifahının daha da yüksək səviyyədə təmin edilməsi, ictimai-siyasi sabitliyin davamlı və daha da möhkəm olması istiqamətində mühüm işlər görülür. Rayon təşkilatı sədri daha sonra deputatlığa namizəd Azər Badamovun fəaliyyəti və gördüyü işlər ətrafında seçicilərə məlumat verib.

Görüşdə deputatlığa namizəd Azər Badamov çıxış edərək, millət vəkili olduğu illərdə gördüyü işlər və qarşıda duran vəzifələr haqqında seçiciləri məlumatlandırıb.

Tədbirdə iştirak edən namizədin vəkili Fərhad Pirmətov deputatlığa namizəd A.Badamovun həyat və fəaliyyəti haqqında ətraflı məlumat verib. O, seçiciləri Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyini irəli sürülmüş A.Badamova səs verməyə çağırıb.

Görüşdə çıxış edən kənd sakinləri Adil Dəmirov, Hidayətxan Əlixanov, Nazim Xanmuradov, Şəhabəddin Saruxanov, İqrar Bədəlov, Məsud Poladov və Ədalət Qarayev Yeni Azərbaycan Partiyasının siyasi xəttini dəstəkləyərək, deputatlığa namizəd A.Badamova yekdilliklə səs verəcəklərini bildiriblər.

Nəzakət ƏLƏDDİNQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...