Deputatlığa namizəd Kamal Cəfərov seçicilərin problemləri ilə tanış olub

Milli Məclisə növbəti seçkilərlə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən 63 saylı Sabirabad I seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülən Kamal Cəfərov təbliğat-təşviqat kampaniyası çərçivəsində Sabirabad rayonunun kəndlərində görüşlərini davam etdirir. SİA-nın verdiyi məlumata görə, namizəd Axısxa, Surra, Qaralı və Balvar kəndlərinin sakinləri ilə səmimi söhbət edib, onların fikirlərini dinləyib, problemləri ilə tanış olub.

Deputatlığa namizəd Kamal Cəfərov göstərdikləri qonaqpərvərliyə və səmimi münasibətə görə seçicilərinə minnətdarlığını bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə