“Ətraf mühitin radioaktiv maddələrlə mühafizəsi tədbirləri” FOTOLAR
22 yanvar 2020-ci il tarixində Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatının inzibati binasında Azərbaycan Respublikası Gənclər Fondunun elan etdiyi XII qrant müsabiqəsinin qalibi seçilmiş “Ətraf mühitin radioaktiv maddələrlə mühafizəsi tədbirləri” adlı layihənin açılış tədbiri keçirilib. SİA-nın verdiyi məlumata görə, tədbiri giriş sözü ilə açan layihə rəhbəri Vüsal Əliyev radioaktiv şüalanmanın ətraf mühitə böyük təhlükə olduğundan və bu sahədə ölkəmizdə cənab Prezident İlham Əliyev tərəfindən imzalanan fərmanlar barədə məlumat verib.
Daha sonra təlimçi-ekoloq Elnur Muxatarov gənclərin ətraf mühitin radioaktiv maddələrlə hansı yollarla çirklənməsindən və çirklənməyə qarşı tədbirlərdən söz açıb. Tədbir Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşı Nəcəfov Vüsalın gənclərə ekoloji problemlərdən bəhs etməsi ilə davam edib. Sonda tədbir iştirakçıları olan gənclərlə fikir mübadilələri aparılıb təklif və suallar dinlənilib. Tədbir başa çatdıqdan sonra layihə iştirakçıları çay fasiləsinə toplanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə