Sahibsiz Heyvanlara Uzanan Əllər... -TƏDBİR

Təbii həyatlarından uzaqlaşmış və ya uzaqlaşdırılmış sahibsiz heyvanları qorumaq, yardıma ehtiyacı olan sahibsiz heyvanlara qulluq və müalicə olunmalarını təmin etmək, bu heyvanlara ictimaiyyətin diqqətini cəlb etmək, insanlarla eyni dünyanı paylaşan heyvanlar arasında birlik şüurunu cəmiyyətə aşılamaq gələcək nəsillərə ötürülə biləcək əhəmiyyətli insani dəyərlərdəndir. SİA-nın məlumatına görə, bəşəriyyətin məsuliyyətində olan küçə heyvanlarına yardım etməklə şagirdlərə, valideynlərə və müəllimlərə heyvan və təbiət sevgisini, şüurunu qazandırmaq məqsədilə Bakı Türk Anadolu liseyində şagirdlərin və valideynlərin iştirakı ilə "Sahibsiz heyvanlara uzanan əllər" adlı xeyriyyə tədbiri keçirilib. Tədbirdə liseyin şagirdlərindən və valideynlərdən sahibsiz heyvanlara yardım məqsədilə pul, heyvan qidaları və ikinci əl əşyalar toplanıb. Həmçinin müəllim və şagirdlərin əl işləri satışa çıxarılıb. Tədbirin sonunda əldə edilən gəlirlə Animal Care Club dərnəyinin vasitəçiliyi ilə BARS Sabibsiz Heyvanlara Qayğı İçtimai Birliyinin sığınacağına qida və dərman yardımı edilib. Gəlirin bir qismi isə liseyin həyətində yaşayan pişiklərin peyvənd edilmesi və müalicəsi üçün xərclənəcək.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə