Şəmkir rayonu Sarıtəpə kəndi ərazisində Gəncə-Qazax-Gürcüstan avtomobil yolunun kənarında ağacların kəsilməsi ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə daxil olan şikayət Nazirliyin əməkdaşları tərəfindən yerində araşdırılıb. Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, araşdırma zamanı “Gəncə-Qazax-Gürcüstan avtomobil yolunun 4 zolağa genişləndirilməsi” layihəsi çərçivəsində tikinti altına düşən ağacların köçürülməsi ilə bağlı Dövlət Ekoloji Ekspertiza İdarəsi tərəfindən verilmiş ekspertiza rəyinin tələblərinə əməl olunmadığı və ağacların bir qisminin kəsildiyi aşkar edilib.

Faktla bağlı icraçı “Bayburd” tikinti şirkəti barəsində protokol tərtib edilib və şirkət 26760 manat məbləğində cərimə olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...