Sayımız 10 milyon 60 min 194 nəfərə çatdı

Ötən ilin əvvəlindən ölkə üzrə əhalinin sayı 78 min 737 nəfər və ya 0,8 faiz artaraq 2019-cu il dekabr ayının 1-i vəziyyətinə 10 milyon 60 min 194 nəfərə çatıb. Dövlət Statistika Komitəsindən SİA-ya verilən məlumata görə, əhalinin 52,8 faizini şəhər, 47,2 faizini kənd sakinləri, 49,9 faizini kişilər, 50,1 faizini isə qadınlar təşkil edir.

Məlumatda qeyd edilib ki, bir kvadratkilometrə düşən əhalinin sayı 116 nəfər olub.

Bütün xəbərlər Facebook səhifəmizdə