Baş redaktor: “Dünyanın aparıcı mətbuat orqanları ilə əlaqələrin genişləndirilməsi üçün bir sıra addımların atılmasına ehtiyac var”
"Təbii ki, indiki şəraitdə çap mətbuatının, xüsusilə də Azərbaycan milli çap mediasının dünyanın müxtəlif ölkələri ilə əməkdaşlığında bir sıra baryerlər var. Yalnız qardaş Türkiyə ilə bu əməkdaşlıq mümkündür". Bu barədə SİA-ya açıqlamasında "Xalq Cəbhəsi" qəzetinin baş redaktoru Elçin Mirzəbəyli Azərbaycan mətbuatının dünyanın aparıcı mətbuat orqanları ilə əməkdaşlığına münasibət bildirərkən deyib. O bildirib ki, burada əsas dil baryerinin olmadığı məlumdur.
İlk növbədə mətbuat orqanlarının özlərinin internet səhifələrini və elektron resurslarının inkişaf etdirməli olduğunu deyən baş redaktor vurğulayıb ki, xüsusi olaraq bir neçə dildə bu resursların yayılmasına ehtiyac var. Onun sözlərinə görə, yalnız informasiya yayımındakı peşəkarlıq təmin ediləndən sonra dünyanın ayrı-ayrı media orqanları ilə əməkdaşlıq əlaqələrinin qurulmasında müəyyən imkanlar yarana bilər.
"Bununla yanaşı, həm mətbuat orqanlarının, həm də jurnalist təşkilatlarının fəal iştirakı, ayrı-ayrı ölkələrin media orqanları ilə mütəmadi olaraq bir araya gəlmək, konfranslar keçirmək, əməkdaşlıq istiqamətində addımlar atmaq mümkündür. Bununla bağlı müəyyən cəhdlar var və addımlar atılmaqdadır. Ancaq çox təəssüflər olsun ki, bizim bu günə qədər əməkdaşlığımızın çərçivəsi yalnız MDB məkanı və qardaş Türkiyə ilə məhdudlaşıb. Hesab edirəm ki, daha uzaq və böyük addımlar atmaq lazımdır. Dünyanın aparıcı mətbuat orqanları, agentlikləri ilə əməkdaşlığın artırılması və əlaqələrin genişləndirilməsi üçün bir sıra addımların atılmasına ehtiyac var. Bunu ilkin başlanğıcda jurnalist təşkilatlarının vasitəsilə etmək mümkündür. Sonrakı proseslər də təbii ki, mətbuat orqanlarının özlərindən asılıdır", - deyə o əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB