Daşkəsəndə 20 Yanvar faciəsinin 30-cu ildönümü qeyd edilib - FOTOLAR

Bu gün Daşkəsəndə 20 Yanvar faciəsinin 30-cu ildönümü münasibətilə rayon ictimaiyyətinin 4 mindən çox nümayəndəsinin iştirakı ilə Şəhidlər xiyabanında ümumrayon anım mərasimi keçirilib. SİA-nın verdiyi məlumata görə, Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyevin adından Şəhidlər xiyabanındakı əbədi məşəlin önünə əklil qoyulub.

Rayonun rəhbərliyi, hüquq-mühafizə orqanlarının rəhbərləri, hərbçilər, ictimaiyyət nümayəndələri, sakinlər qəmli musiqilərin sədaları altında şəhid məzarlarını ziyarət edib, üzərinə tər güllər düzüblər.

Əhəd Abıyev ümumrayon anım tədbirində şəhid ailələri, Qarabağ müharibəsi əlilləri və iştirakçıları, rayon ağsaqqalları və veteranları ilə görüşüb, onların qayğıları ilə maraqlanıb, 20 Yanvar faciəsi ilə bağlı görüb-bildiklərini danışıb.

Bütün xəbərlər Facebook səhifəmizdə