“Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzində bir dəqiqəlik sükut olacaq

20 Yanvar faciəsinin günahsız qurbanlarının əziz xatirəsini yad etmək məqsədi ilə yanvarın 20-də bütün hər yerdə olduğu kimi “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzində də bir dəqiqəlik sükut olacaq.

Bakı Nəqliyyat Agentliyindən SİA-ya verilən məlumata görə, Mərkəz ərazisində avtobuslar dayanaraq eyni anda siqnal verəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə