Azərbaycanlı jurnalist vəfat edib FOTO

Azərbaycanlı jurnalist Aynur Təhməzova (Aynur Eyvazova imzası ilə tanınırdı) xərçəng xəstəliyindən vəfat edib. SİA bildirir ki, həmkarımız Türkiyədə xəstəxanada dünyasını dəyişib. O, qan xərçəngindən əziyyət çəkirdi. Kimyaterapiyadan sonra ağciyərlər iflas edib. Cənazəsi bu gün Azərbycana yola salınacaq. Məlumatı Türkiyədəki jurnalist Sevil Nuriyeva paylaşıb.

1973-cü ildə anadan olan Aynur xanım Azərbaycan mətbuatında "Yeni Müsavat" qəzeti, "Medifaorum" saytı və digər mətbuat orqanlarında fəaliyyət göstərib.

Allah rəhmət eləsin!

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə