Mustafa Ak: “Ankarada salınacaq Azərbaycan parkında Xocalı soyqırımı qurbanlarının xatirəsinə abidənin ucaldılması planlaşdırılır”
Türkiyənin Ankara şəhərinin Keçiörən bələdiyyəsinin sədri Mustafa Akın Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsində (DİDK) olub. Bu barədə SİA-ya DİDK-nin mətbuat xidmətindən məlumat verilib. Komitənin sədri Nazim İbrahimovla görüşdə Sumqayıt və Ankaranın Keçiörən bələdiyyələrinin əməkdaşlığı, Diasporla İş üzrə Dövlət Komitəsinin də əməkdaşlıq etdiyi Türkiyə Azərbaycan Dərnəyi (TAD) ilə Ankara Keçiörən bələdiyyəsinin indiyə qədər həyata keçirdikləri birgə tədbirlər və gələcək əməkdaşlıq məsələləri diqqət mərkəzində olub. Türkiyə Azərbaycan Dərnəyi ilə əməkdaşlığın bundan sonra da davam etdiriləcəyini qeyd edən Mustafa Ak TAD-la Ankara Keçiörən bələdiyyəsinin birgə gerçəkləşdirdiyi tədbirlərə verdiyi dəstəyə görə Diasporla İş üzrə Dövlət Komitəsinə təşəkkürünü bildirib.
Daha sonra Sumqayıt şəhərinin bələdiyyəsi ilə qurulan sıx əlaqələrdən danışan Mustafa Ak bir müddət əvvəl Sumqayıt və Ankaranın Keçiörən bələdiyyələrinin "Qardaşlaşma haqqında niyyət protokolu" imzaladıqlarını qeyd edərək bunun ikitərəfli əməkdaşlığın daha da inkişaf etdirilməsinə yaxşı zəmin yaratdığını vurğulayıb. O, Ankaranın Keçiörən bələdiyyəsinin ərazisində Azərbaycan parkının salınacağını qeyd edərək gələcəkdə parkda Xocalı soyqırımı qurbanlarının xatirəsinə abidənin ucaldılmasını planlaşdırdıqlarını qeyd edib.
Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov Sumqayıt və Ankaranın Keçiörən bələdiyyələri arasında əməkdaşlığı müsbət dəyərləndirib. Türkiyə Azərbaycan Dərnəyi ilə Ankaranın Keçiörən bələdiyyəsi arasında əməkdaşlığı yüksək qiymətləndirən Nazim İbrahimov bu əməkdaşlığın gələcəkdə daha da inkişaf etdirilməsi üçün geniş imkanların olduğunu vurğulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB