Tarix muzeyində "İstiqlal mübarizləri” adlı tədbir-sərgi keçirilib FOTOLAR

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev 2019-cu ilin dekabrın 13-də “20 yanvar faciəsinin otuzuncu ildönümü haqqında” sərəncam imzalayıb və Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri Samir Nuriyevin sərəncamı ilə tədbirlər planı təsdiq edilib. SİA-xəbər verir ki, tədbirlər planına əsasən saat 12:00-da “İstiqlal mübarizləri” adlıtədbir-sərgi keçirilib.

1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Azərbaycan xalqına qarşı ən qəddar cinayətlərdən biri baş verib. Bakı şəhərində keçirilmiş Sovet İttifaqının qoşun hissələri tərəfindən Fövqəladə vəziyyət elan edilmiş və dinc əhaliyə divan tutulmuş, nəticədə 147 nəfər öldürülmüş, 744 nəfər yaralanmış, 841 nəfər qanunsuz həbs olunmuşdur.

Həmin qətliamdan bir gün sonra, yanvarın 21-də xalqımızın ümumilli lideri Heydər Əliyev Azərbaycanın Moskvadan daimi nümayəndəliyinə gedərək Bakıda kütləvi qırğın törətmiş SSRİ hakimiyyətini Azərbaycanın yarıtmaz rəhbərliyinə kəskinittiham bəyənatı verdi.Böyük liderin bu addımı xalqımıza güc verib, ona dayaqvə dəstək olub.1994-cü ildə 20 yanvar hadisələrinə siyasi-hüquqi qiymət verilmişdir və 20 yanvar Ümumxalq Hüzn Günü elan edilmişdir.

Qeyd edək ki, tədbirdə N.Nərianov rayonu R. Nəsrəddinov adına 39 saylı tam orta məktəbin şagirdləri, “Gəncmuzeyçunaslar və muzeysevənlər” klubunun üzvləri iştirak ediblər.

Tədbirdə N.Nərimanov rayonu R.Nəsrəddinov adına 39 saylıtam orta məktəbin direktoru Tahirə Şükürova, Azərbaycan Prespublikasının Dünya Azərbaycan Həmrəyliyinə Dəstək cəmiyyətinin prezidenti Tofiq Əlizadə və başqaları çıxış ediblər.

Tədbirin sonunda N.Nərimanov rayonu R. Nəsrəddinov adına 39 saylı tam orta məktəbin şagirdlərinin hazırladıqları ədəbi-bədii kompozisiya və Azərbaycan Fotoqraflar Birliyinin çəkdiyi fotolardan ibarət foto-slayd nümayiş olunub.

Həmçinin vurğulayaq ki, muzeyin kolleksiyasından ibarət faciəni əks etdirən rəsm əsərləri sərgilənib.

Müəllif: Leyla Qəniyeva

Bütün xəbərlər Facebook səhifəmizdə