Özünüməşğulluq proqramına qoşulmuş iştirakçının uğur hekayəsi - VİDEO

Özünüməşğulluq proqramına qoşulmuş iştirakçının uğur hekayəsi - VİDEO

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti Dünya Bankı ilə Azərbaycan hökuməti arasında imzalanacaq müqaviləyə əsasən həyata keçiriləcək “Azərbaycanda məşğulluğa dəstək layihəsi” barədə maarifləndirmə tədbirlərinə başlayıb.

Tədbirlərə rayon (şəhər) Məşğulluq mərkəzlərində qeydiyyatda olan və özünüməşğulluq proqramına müraciət etmək istəyən işaxtaran və işsiz vətəndaşlar cəlb edilir. İlk belə tədbir Bakı, Sumqayıt, Quba, Qusar və Xaçmazdan olan vətəndaşlar üçün keçirilib.

Həmçinin Özününməşğulluq xidmət proqramı Qax rayonunda da həyata keçirilib. Qoyunçuluq təsərrüfatı ilə məşğul olan Qax rayon sakini də, belə bir kampaniyanın olduğunu eşitdiyini və kurslara yazılaraq çox şeyi öyrəndiyini söyləyib: "Çoxları düşünə bilər ki, qoyunçuluğun biznesə nə aidiyyatı ola bilər? Amma elə deyil, istər qoyunçuluqda, istərsə də maldarlıqda biznesin əsaslarını bilməsən işləmək çox çətin olar. Ötən il mənə 21 baş qoyun verildi, bu il artıq qoyunlar 10 baş balalayıb və gələn ilin bu vaxtı heyvanların sayı 48-52 baş olacaq”.

Kənd sakini bu proqram sayəsində özünününməğulluğunun olduğunu, günün çox hissəsinin heyvanlarıyla marqlandığını və onların bəslənməsi ilə məşğul olduğunu bildirərək belə lahiyənin təşkil olunduğu üçün öz təşəkkürünü bildirib.

Müəllif: Leyla Qəniyeva

Bütün xəbərlər Facebook səhifəmizdə