"Parlament seçkilərinə maraq böyükdür" - Əflatun Amaşov

"Parlament seçkilərinə maraq böyükdür" - Əflatun Amaşov

"Azərbaycanda fevralın 9-da keçirilənəcək parlament seçkilərinə maraq böyükdür". SİA-nın məlumatına görə, bunu Avropa Şurası Mərkəzi Seçki Komissiyası ilə birlikdə Bakı şəhərində jurnalistlər üçün "Seçkinin mediada işıqlandırılması" mövzusunda informasiya sessiyasında Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib.

Ə.Amaşov bildirib ki, elə media qurumları var ki, sanki seçki üzərində formalaşıb: "Səsvermə günü Mətbuat Şurasının "qaynar xətt"i fəaliyyət göstərəcək. Mətbuat Şurası səsvermə günü bir neçə istiqamətdə öz fəaliyyətini quracaq. "Qaynar xətt"ə daxil olan məlumatlar ilk öncə Mərkəzi Seçki Komissiymasına ötürüləcək. Əvvəlki seçkilərdə "qaynar xətt"ə daxil olan problenmlər həlini tapıb, bu seçkiləpdə də zəllini tapacağına inanırıq. Mətbuat Şurasının üzvləri bölgələrdə də seçkilərin monitorinqində iştirak edəcəklər".

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə