Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilib

Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilib

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilib. Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən SİA-ya bildiriblər ki, iclasda Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI hissəsinə və "Konstitusiya Məhkəməsi haqqında" Qanunun 7.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1134-cü, 1146-cı və 1252-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin müraciətinə baxılaraq, Konstitusiya Məhkəməsi Plenumunun icraatına qəbul olunması haqqında qərardad çıxarılıb.

Müraciətə mahiyyəti üzrə, tərəflərin iştirakı ilə Konstitusiya Məhkəməsi Plenumunun fevralın 7-nə təyin edilmiş iclasında baxılacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə