YAP Daşkəsən rayon təşkilatı partiya fəalları ilə görüşlər keçirir

14 yanvar 2020-ci il tarixdə Kəmərqaya kənd və Daşkəsən qəsəbə ərazi ilk partiya təşkilatlarında partiya fəalları ilə görüşlər keçirilmişdir. SİA-nın verdiyi məlumata görə, görüşdə YAP Daşkəsən rayo təşkilatının sədri Meydanəli Yolçuyev və rayon təşkilatı idarə heyətinin bir qrup üzvü görüşdə iştirak edib.

Görüşdə 23 dekabr 2019-cu il tarixdə keçirilən Bələdiyyə seçkilərinin nəticələri və 09 fevral 2020-ci il tarixdə növbədənkənar keçiriləcək Parlament seçkilərinə hazırlıq işləri müzakirə edilib, partiya fəallarının qarşısında duran məsələlər ətraflı şəkildə təhlil olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...